WBA, IBF, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu ukraynalı Aleksandr Usik britaniyalı Entoni Coşua ilə üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş 12 raund davam edib.
Usik hakimlərin qərarına əsasən qalib elan olunub.
Ukraynalı idmançı karyerasındakı 20-ci qarşılaşmasında 20-ci qələbəsini qazanıb.
Bu, boksçular arasında cavab görüşü idi. 2021-ci ilin sentyabrında İngiltərədə gerçəkləşən ilk döyüşdə də Aleksandr Usik rəqibini məğlub etmişdi.
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Arda Gülər Türkiyə futbolunun tarixinə düşüb. Elchi.az xəbər verir ki, 21 yaşlı oyunçu transfer dəyəri...





















Son şərhlər