"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Akif Çovdarovun atası qəssab, özü “nadzor” olub

16 Noyabr 2015 - 20:05
in GÜNDƏM
FacebookVatsap

Akif Çovdarovun atası qəssab, özü

Bunu da oxuyun

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Hafta.az-a daxil olan məlumata görə, Milli Təhlükəsizlik Nazirliyində Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun atası “pasaj bazarı”nda, çoxlarının şüşəli bazar kimi tanıdığı ərazidə qəssab işləyib. Generalın atasının  uzun müddət bu bazarda ət kəsib, satdığı ortaya çıxıb.
Bu məlumatı verən mənbə deyir ki, Çovdarovun atası çox sərt adam olub. Bəlkə də elə qəssab sərtliyi bizim yazının qəhrəmanına da keçib.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi general Akif Çovdarov barəsində hökm çıxarıb. General Çovdarova hələ ki, 3 ay müddətinə həbs verilib. A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.
Bu arada qeyd edək ki, dindirmə zamanı MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.
Ruslan Çovdarov isə eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğludur. O, parlamentin İqtisadi Qanunvericilik Şöbəsinin sektor müdiri işləyib və bir müddət əvvəl öz ərizəsi ilə işdən çıxıb.
Milli təhlükəsizlik nazirinin müavini Akif Çovdarovun həbsi ilə media cameəsində yeni bir mövzunun da müzakirəsi başlandı. Məlumdur ki, bu ad Azərbaycan oxucusuna daha çox  “Azadlıq” qəzetinin keçmiş əməkdaşı, hazırda Fransada mühacirətdə olan Aqil Xəlilin döyülməsindən sonra məlum oldu.
Bəs Akif Çovdarov kimdir?
 Akif Çovdarov vaxtilə Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində işləyib. Dustaqlara qarşı çox qəddar davranışı ilə yaddaşlarda qalıb: “Həmin vaxt  Ramiz Heybətov müəssisənin rəisi, Akif Hacıyevlə Elxan Sadıqov isə müavin olublar. Akif Çovdarovun onlarla, xüsusən də Akif Hacıyev və Elxan Sadıqovla çox yaxşı dostluq münasibətləri olub və indiyədək də davam edir. Akif Hacıyev Rövşən Cavadovun bacısının həyat yoldaşıdır”.
“Gündəm xəbər” qəzeti Akif Çovdarovun cəbhə hakimiyyətə gələnə qədər Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışdığını da yazır. Milli Təhlükəsizlik Nazirliyinə isə Çovdarovu qayınatası gətirib: “Çovdarovun qayınatası təhlükəsizlik işçisi olub və onu bu sistemə işə də o gətirib. Akif Hacıyev isə sonralar fəaliyyətini DİN sistemində davam etdirib və Cəlilabadın polis rəisi olub. Sonuncu iş yeri DİN-də inspektor olub”. Qəzet A.Çovdarovun cinayət aləmi ilə, Hacı Məmmədovla münasibətlərinin olmasını da yazır: “Akif Hacıyev Hacı Məmmədov olayından sonra bu sistemdən uzaqlaşdırılıb. Bu səbəbdən də Akif Çovdarovla Hacı Məmmədovun şəxsi münasibətlərinin ola biləcəyi də istisna edilmir”. Akif Çovdarovun şəxsi keyfiyyətlərinə gəldikdə isə o, yuxarıdan verilən tapşırıqları dərhal və heç bir tərəddüdsüz, eyni zamanda, ehtiyac olanda xüsusi qəddarlıqla icra edən bir şəxs kimi xarakterizə edilir.
Akif Çovdarov barədə Andres Herkel, “AQO” qrupu, Mikloş Haraşti də məlumatlıdır
Jurnalist Eynulla Fətullayev prezidentə məktubunda Akif Çovdarovun barəsində milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədova, Baş Prokurorluğa müraciət göndərildiyini, habelə vəkillərə məlumat verdiyini yazıb. Onun sözlərinə görə, buna görə hakimiyyət onu həbsə atıb. Həbsdə olarkən MTN rəhbərliyinin nümayəndələri, o cümlədən, Çovdarov onunla söhbət edib. Fətullayevə MTN-lə əməkdaşlıq müqabilində azad ediləcəyi vəd olunub.
MTN zabitlərinin “cinayətkar fəaliyyəti” haqqında Fətullayev Bakıdakı xarici diplomatlara, habelə AŞ PA məruzəçisi Andres Herkel, AŞ “AQO” qrupunun üzvlərinə, ATƏT-in xüsusi nümayəndəsi Mikloş Haraştiyə də məlumat verib.
Jurnalist Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağında ərazinin şəxsi evin tikilməsi üçün qanunsuz ələ keçirilməsi faktının fotoşəkillərini çəkərkən A.Çovdarov tərəfindən döyülmüşdü. Hətta bəzi iddialara görə, jurnalisti fotokamerasının naqili ilə boğmağa cəhd edən də məhz A.Çovdarov idi.
Previous Post

Akif Çovdarovun atası qəssab, özü “nadzor” olub

Next Post

İki tanınmış müxalifdən İlham Əliyevə dəstək…

Bənzər yazılar

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

14 Oktyabr 2026 - 18:37

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi uğurla davam edir. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq,...

Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb

Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb

14 Oktyabr 2026 - 14:51

"İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə...

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi...

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20

“Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına...

Next Post

İki tanınmış müxalifdən İlham Əliyevə dəstək...

İki tanınmış müxalifdən İlham Əliyevə dəstək...

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.