"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Akif Çovdarov gülləkeçirməz şüşə qəfəsə salınacaq – generalın məhkəməsi canlı yayında!

16 Sentyabr 2016 - 08:42
in XƏBƏR LENTİ
FacebookVatsap
Akif Çovdarov gülləkeçirməz şüşə qəfəsə salınacaq - generalın məhkəməsi canlı yayında!

Həbsdəki generalın məhkəmə yerinin dəyişdirilməsinin şok səbəbləri; MTN generallarının mühakimə olunduğu zalda audio-video yazılışları aparan müasir “Femida” sistemi quraşdırılıb; məhkəmə zalında əcnəbi şəxslərin iştirakı zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer də ayrılıb; iqtidar nəyə hazırlaşır?

Bunu da oxuyun

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Sentyabrın 20-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. 
Qeyd edək ki,  əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq. 
Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi  Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.
“Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, Sabunçu Rayon Məhkəmə Kompleksi 2015-ci ilin 21 oktyabrında istifadəyə verilib. Müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edir. Bununla da hakimlər və vətəndaşlar arasında münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Image result for Çovdarov
 
A.Çovdarovun prosesi keçiriləcək məhkəmə zalında audio-videoyazılışları aparan “Femida” sistemi quraşdırılıb ki, bunun köməyi ilə prosesi məhkəmədən də kənarda canlı izləmək və yayınlanmasını təmin etmək mümkündür.  
MTN generalları məhkəmə zamanı gülləkeçirməz xüsusi şüşə qəfəsdə saxlanılacaqlar. Burada onların vəkillə birbaşa  və rahat əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Maraqlıdır ki, məhkəmə zalında əcnəbi şəxslərin iştirakı zamanı tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.
A.Çovdarovun özünə gəlincə, o,  1 saylı Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır. Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib. Rəis müavini bildirib ki, A.Çovdarovun səhhəti normallaşıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsində daimi həkim nəzarətindədir: “Akif Çovdarovun səhhətində problemlər həbsdə olan müddətdə baş verməyib. Onda əvvəldən xəstəliklər olub. Hazırda o, tibb sanitar hissəsində həkim nəzarətindədir”.
Image result for Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsi
 
A.Çovdarovun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməməsinə gəlincə, rəis müavini bildirib ki, hələlik buna ehtiyac yoxdur: “Tibb məntəqəsində onun müayinəsi üçün bütün şəraitlər var, ona görə də ehtiyac yoxdur”.
İ.Qurbanov A.Çovdarovun müalicə olunması üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslı kardioloq-həkimin olmaması ilə bağlı yayılan iddialara da münasibət bildirib: “Bu məlumatlar əsassızdır. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslaşmış kardioloq-həkim də var, lazım olan avadanlıqlar da. Yayılan məlumatların heç bir əsası yoxdur. Hətta Akif Çovdarovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində kardioqramma aparatları da var. A.Çovdarova lazımi səviyyədə müayinə xidməti göstərilir. Akif Çovdarovun səhhəti o qədər də kritik deyil ki, onun Müalicə Müəssisəsinə köçürülməsinə qərar verilsin. Köçürülməyə ehtiyac olmadığı üçün o, təcridxananın tibb-sanitar hissəsində saxlanılır. Akif Çovdarov həftədə bir dəfə kardioloq tərəfindən müayinə olunur, səhhəti nəzarətdə saxlanılır. Akif Çovdarovu müayinə etmək üçün Ədliyyə Nazirliyin Hospitalının ixtisaslı kardioloq-həkimi, elmlər namizədi də həftədə bir dəfə təcridxanaya dəvət edilir, onu müayinə edir, təyinatlar verir. Hazırda da Akif Çovdarovun səhhəti normal, stabildir”.
Image result for Milli Təhlükəsizlik
İ.Qurbanov bildirib ki, A.Çovdarovun aclıq aksiyası keçirməsi barədə onlarda rəsmi məlumat yoxdur.
 
Qeyd edək ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. A.Çovdarovun barəsində seçilmiş həbs-qətimkan tədbiri bir neçə dəfə artırılıb.
 
A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb. 
“Yeni Müsavat” 
Previous Post

Akif Çovdarov gülləkeçirməz şüşə qəfəsə salınacaq – generalın məhkəməsi canlı yayında!

Next Post

Qarabağ danışıqları dayandırıla bilər, müharibə riski qapıda

Bənzər yazılar

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29

Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək. Bu barədə  Elchi.az - a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində...

Next Post

Qarabağ danışıqları dayandırıla bilər, müharibə riski qapıda

Qarabağ danışıqları dayandırıla bilər, müharibə riski qapıda

Son xəbərlər

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.