Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Akar Ukrayna tərəfinin bir həftə ərzində taxıl tədarükünə başlamaq planları ilə bağlı bəyanatından məmnunluğunu ifadə edib. O, taxıl ilə yüklənmiş ilk gəminin Ukrayna limanlarından tez bir zamanda çıxmasının vacibliyini qeyd edib.
Hulusi Akar vurğulayıb ki, Türkiyə tərəfi təhlükəsiz tədarükün təşkili üçün əlindən gələni edəcək.