Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, bu gün səhər saatlarında Ukrayna limanlarından çıxan taxılın miqdarı 721 min 449 ton olub. O, yaxın günlərdə bu rəqəmin daha da artacağını söyləyib.
Elchi.az “Trthaber.com”a istinadən bildirir ki, H.Akar taxıl daşınmasının heç bir şəkildə dayanmaması, ləngiməməsi və ünvanlara mümkün qədər tez və təhlükəsiz şəkildə çatması üçün səylərin davam etdiyini vurğulayıb.
Nazir eyni zamanda bildirib ki, Şimali İraq və Suriyada 8 ayda 2517 terrorçu zərərsizləşdirilib:
“Çətin relyefə və hava şəraitinə baxmayaraq, terrorla mübarizə əzm və müvəffəqiyyətlə davam edir”.
Yeganə