Türkiyə ABŞ-dan F-16-ların Türkiyəyə satışı məsələsinə dair müsbət addımların atılacağını gözləyir.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Ankarada finlandiyalı həmkarı Antti Kaikkonen ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə sadəcə terrorla mübarizə aparır və Türkiyənin güclənməsi NATO-nun güclənməsidir.