Milli Müdafiə Naziri Hulusi Akar Finlandiyanın müdafiə naziri Kaikkönen ilə görüşü ilə bağlı “Biz məlum terrorçuların geri qaytarılmasının və terrorla əlaqəli strukturların fəaliyyətinin dayandırılmasının vacib olduğunu vurğuladıq” deyib.
Elchi.az xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar, Türkiyədə rəsmi səfərdə olan Finlandiyanın müdafiə naziri Antti Kaikkönen ilə təkbətək görüşüb, daha sonra iki nazir heyətlər arasında görüşlərə başçılıq edib.
Danışıqlardan sonra təşkil edilən birgə mətbuat konfransında danışan Akar çıxışına Kaikköneni Milli Müdafiə Nazirliyində qəbul etməkdən məmnunluğunu ifadə edərək başladı.
Şayəstə