Tərəflər müqavilənin uzadılmasına doğru irəliləyir.
Elchi.az xəbər verir ki, taxıl müqaviləsini müzakirə etmək üçün İstanbulda dördtərəfli görüş keçirilib.
Tərəflərin görüşünün müsbət keçdiyi qeyd edilir. Bunu Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar deyib.
O əlavə edib ki, hazırda tərəflərin sövdələşmənin uzadılması istiqamətində hərəkət etdiyini söyləmək olar.
Daha əvvəl bildirilib ki, tərəflər sövdələşməni texniki səviyyədə müzakirə etməyə davam edəcəklər. Müdafiə Nazirliyi Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında görüşün konstruktiv keçdiyini bildirib.
Şayəstə Hüseynova