Avropa Komissiyasının nümayəndəsi Erik Mamer Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirin vergiyə cəlb edilməsi ilə bağlı dekabrın 12-də AK-nin razılaşdırılması planlarını təsdiqləyib. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Avropa Komissiyasının İdarə Heyəti Avropa Komissiyasının və Ali Nümayəndəsi Josep Borrell-in Rusiya Mərkəzi Bankının immobilizasiya edilmiş aktivləri ilə bağlı təklifini təsdiq edəcək”, – deyə Mamer bildirib.
Bundan əvvəl Aİ-nin sanksiyalara görə dondurulmuş Rusiya aktivlərindən vəsaitlərin istifadəsi ilə bağlı qanun layihəsini təsdiq edəcəyi məlum olub.
Ehtimallara görə, Fransa, Almaniya və Belçika başçılarının şübhələri səbəbindən Ukrayna yaxın vaxtlarda pul almayacaq. Məlumata görə, qanun layihəsi dekabrın 12-də, Aİ-nin 27 ölkəsinin liderlərinin sammitinə iki gün qalmış elan ediləcək. İclasda Kiyevə maddi və hərbi yardım məsələlərinin, həmçinin Ukraynanın Aİ-yə üzv olmaq istəyinin taleyinin müzakirə edəcəyi gözlənilir.
Havar Şəfiyeva





















Son şərhlər