Brüssel Ukraynanı döyüş əməliyyatlarının aparılması üçün həyati əhəmiyyət kəsb edən artilleriya mərmiləri ilə təmin edən ölkələrə öz ehtiyatlarından kompensasiya etməyi təklif edib və yaxın həftələrdə onları Kiyevə göndərməyi planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə “The Financial Times” Avropa İttifaqı rəsmilərinin sözlərinə istinadən yazır.
Assosiasiya ölkələri həmçinin Kiyev üçün sursat ehtiyatlarının birgə alınmasına qərar veriblər. Danimarkadan başqa bütün Aİ dövlətləri artıq bu layihəyə qoşulub. Düşünürəm ki, bu, tez, çox tez baş verəcək. Düşünürəm ki, söhbət bir neçə aydan yox, bir neçə gündən, həftələrdən gedir deyə mənbə vurğulayıb.
Politico-nun daha əvvəl yazdığı kimi, Aİ ölkələri də Ukraynaya bir milyard avroluq hərbi yardım göstərmək istəyirlər ki, bu da sursat, xüsusən də 155 millimetrlik artilleriya mərmilərinin alınması üçün istifadə olunacaq.
Havar Şəfiyeva