Avropa İttifaqı borcunu artırmaqla Ukraynaya 20 milyard avroya qədər yardım etmək üçün ehtiyat planı hazırlayır. Bu, Macarıstanın baş naziri Viktor Orbana blokadadan yan keçməyə imkan verəcək. Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən yazır.
Qeyd olunur ki, bu alternativ plana Aİ büdcəsinə zəmanət verən üzv dövlətlərin cəlb edilməsi nəzərdə tutulur. Bunun sayəsində Avropa Komissiyası Kiyev üçün kapital bazarlarında 20 milyard avroya qədər borc götürə biləcək. Müqavilənin detalları hələ də müzakirə olunur, yekun məbləğ Ukraynanın ehtiyaclarından asılıdır.
Havar Şəfiyeva