Avropa İttifaqının Xarici Xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib ki, Aİ-də Yevgeni Priqojinlə insidentlə bağlı rəsmi məlumat yoxdur. Elchi.az xəbər verir ki,
bu barədə RİA Novosti məlumat yayıb.
“Biz təyyarə qəzası ilə bağlı xəbərlər görmüşük lakin, Rusiyadakı bir çox başqa şeylər kimi, bunu yoxlamaq bizim üçün çox çətindir, bunu şərh etmək bizim vəzifəmiz deyil”, – deyə Stano bildirib.
O, həmçinin əlavə edib ki, Aİ təyyarə ilə insidentin mümkün nəticələrini şərh etməkdən imtina edir.
Havar Şəfiyeva