Avropa İttifaqı (Aİ) ölkələrində Tesla markalı avtomobillərin satışı avqust ayında keçən ilin eyni ayı ilə müqayisədə 36,6 faiz azalıb.
Elchi.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar-avqust ayları üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb. Buna uyğun olaraq amerikalı milyarder İlon Maska məxsus Tesla-nın avtomobil satışları Aİ ölkələrində azalmağa davam edib.
Avqust ayı Avropa ölkələrində Tesla satışlarının ardıcıl səkkizinci ayı azalıb.
Ötən ilin avqustunda 12 966 ədəd olan Tesla satışları bu ilin eyni dövründə 8 220 ədədə düşüb. Belə ki, Tesla-nın Aİ bazarında satışları avqustda ötən ilin eyni ayı ilə müqayisədə 36,6 faiz azalıb.
Avqust ayında AB-də ümumi yeni avtomobil satışlarında markanın payı da 2 faizdən 1,2 faizə düşüb. Teslanın Aİ ölkələrində satışları yanvar-avqust ayları arasında keçən ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz azalıb.
Aİ ölkələrində Tesla satışları keçən ilin yanvar-avqust ayları arasında 150 037 ədəd, bu ilin eyni dövründə isə 85 673 ədəd olaraq qalıb. Bu dövrdə şirkətin Aİ bazarında ümumi payı 2,1 faizdən 1,2 faizə düşüb.
Avropa İttifaqına üzv ölkələr, Avropa Azad Ticarət Birliyi üzvləri İsveçrə, Norveç, İslandiya və Böyük Britaniyada cəmi Tesla satışları keçən ilin eyni ayına görə yüzdə 22,5 azalaraq 14 min 831 ədəd, yanvar-avqust ayları arasında isə yüzdə 32,6 azalaraq 133 min 857 ədəd olub.
Teslanın Avropa ölkələrində satışları ilin əvvəlindən etibarən azalmağa başlayıb. Maskın ABŞ prezidenti Donald Trampla son iş birliyi, mübahisəli davranışı və Avropa ölkələrində ifrat sağçı siyasətçilərə açıq dəstək verməsi avropalıların şirkətdən uzaqlaşmasına səbəb olub.
Şayəstə Hüseynova





















