Avropa İttifaqı ölkələri Şengen Məcəlləsinə uyğun olaraq, insanların sərbəst hərəkətini dayandırmaq və koronavirusun yayılması nəticəsində ictimai sağlamlığa təhdidlər yarandığından müvəqqəti sərhəd nəzarətini bərpa etmək hüququna malikdir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.
“Amma Avropa Komissiyasının nöqteyi-nəzərindən bu cür hərəkətlər elmi qiymətləndirmələrə əsaslanmalı və Aİ səviyyəsində koordinasiya edilməlidir”, – D.Spinant bildirib.
Çində koronavirusdan ölənlərin sayı 2 660 nəfəri keçib.