Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Avropa İttifaqı Kiyevə 90 milyard dollara yaxın vəsait göndərib. Bunun 27 milyard dolları silah tədarükünə xərclənib. Elchi.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı bildirib.
“Beynəlxalq dəstək tarixində heç vaxt olmadığı qədər, biz Ukraynanın bütün ehtiyaclarını ödəmək üçün ABŞ və G7 tərəfdaşları ilə köməyimizi koordinasiya etməyə davam edirik” – deyə o bildirib.
AK sədri həmçinin qeyd edib ki, Ukraynanın Avropa İttifaqına qəbulu üçün zəruri olan proses başlayıb.
Havar Şəfiyeva