Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiya paketinə dair planı…

119

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə 100-ə qədər fiziki və hüquqi şəxsi daxil etmək niyyətindədir.

Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “EUobserver” portalı xəbər verir.

Hazırda Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısına tarixdə ən böyük sayılan 1600-ə yaxın şirkət və fiziki şəxs daxildir.

Mayın 5-dən etibarən Brüsseldə Aİ ölkələrinin səfirləri səviyyəsində 11-ci sanksiyalar paketi ilə bağlı müzakirələr davam edir.

“Politico” qəzetinin Avropa nəşrinin xəbərinə görə, bəzi Aİ ölkələri Avropa Komissiyasının şirkətlərə, xüsusən də Çin şirkətlərinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ilə bağlı təkliflərinə ciddi etirazlarını bildirirlər.

Yeganə