Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin İrana qarşı sanksiyalarının ləğvini vaxtından əvvəl adlandırıb və qeyd edib ki, Aİ əvvəlcə Tehrandan davranışda köklü dəyişiklik görmək istəyir.
Elchi.az xəbər verir ki, o, bu barədə Berlində keçirdiyi mətbuat konfransında bildirib.
“Biz ilk növbədə İranın davranışında əsaslı dəyişikliyi görməliyik, ona görə də sanksiyaları ləğv etmək tezdir”, – Avropa Komissiyasının prezidenti deyib
İrana qarşı sanksiyalar çərçivəsində Aİ bu ölkədən bir neçə yüz fiziki və qurumu qara siyahıya salıb, bu da onların Avropadakı aktivlərinin dondurulması və Aİ-yə girişlərinin qadağan edilməsi deməkdir.
Yeganə





















