Avropa İttifaqı Facebook-a məxsus texnologiya şirkəti Meta-nı elanlar bazarında rəqabət qaydalarını pozmaqda ittiham edib.
Elchi.az xəbər verir ki, Aİ Komissiyası Facebook platformasında rəqabət qaydalarını pozduğu səbəbilə META-ya rəsmi “etiraz bəyanatı” göndərildiyini açıqlayıb.
Açıqlamaya görə, Komissiya Meta-nın Facebook-da onlayn reklam bazarında rəqabəti təhrif etdiyi və Aİ-nin antiinhisar qaydalarını pozduğu qənaətindədir.
Facebook-un məhsul alış-veriş xidməti Marketplace-də rəqiblərinə ədalətsiz ticarət şərtləri tətbiq etməkdən narahat olduğu ifadə edilən açıqlamada, sözügedən təcrübələrin sübuta yetirildiyi təqdirdə, bunun Aİ razılaşmalarının bazardan sui-istifadəni qadağan edən maddəsini pozacağı vurğulanıb.
2021-ci ildə Aİ sosial media platforması Facebook-un məhsul alış-veriş xidməti Marketplace və onun məxfi reklamları ilə bağlı rəqabət araşdırması başlatdı.
Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin öz sektorlarında rəqabətə zidd münasibət olub-olmamasına nəzarət etmək səlahiyyətinə malikdir.
Komissiya sözügedən araşdırmalarda rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zərər verən hallar aşkar edilərsə, AB Komissiyası bu vəziyyətə son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.
Əgər şirkətin Aİ rəqabət qaydalarını pozduğu aşkar edilərsə, Komissiya Meta-nı qlobal gəlirlərinin 10 faizi qədər cərimələyə bilər.
Şayəstə