Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqının Çexiya təşəbbüsü çərçivəsində Kiyevə tədarük etməyi planlaşdırdığı sursat çatışmazlığından şikayətlənib. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri brifinq zamanı bildirib.
“Çexiyanın təşəbbüsü yaxşıdır, lakin kifayət deyil. Bu gün Çexiya təşəbbüsü üzrə maliyyə məsələsi bağlanıb, sabah digər təşəbbüslər üzrə maliyyə məsələləri bağlanmalıdır‘‘ – deyə o bildirib.
Onun sözlərinə görə, mövcud ehtiyacları ödəmək üçün Ukraynaya Çexiya təşəbbüsü ilə nəzərdə tutulandan üç dəfə çox mərmi lazımdır. Kuleba həmçinin əlavə edib ki, Kiyev indi digər oxşar layihələr üçün maliyyə axtarmalı olacaq.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının ikitərəfli razılaşmalar əsasında Ukrayna üçün döyüş sursatının alınması üçün Çexiyaya pul göndərmək planları barədə məlumat yayılıb.
Havar Şəfiyeva