Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq maliyyə yardımı paketi açıqlayıb. Son yardımla Fələstin xalqına edilən ümumi yardımın 296 milyon avroya çatdığı məlum olub.
Elchi.az xəbər verir ki, Aİ-nin Fələstin ofisindən verilən yazılı açıqlamada, Fələstinə yardım paketi üçün işğal altındakı Qərb Şəriyənin Ramallah şəhərində mərasim təşkil edildiyi bildirilib.
Mərasimdə Fələstin prezidenti Mahmud Abbas və Fələstinin baş naziri Məhəmməd Ştiyya, həmçinin Fələstinin maliyyə naziri Şükri Başar və Aİ nümayəndələri iştirak edib.
2022-ci ildəki yardımlar 296 milyon avroya çatıb
Açıqlamada, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Qaçqınlar Agentliyinə (UNRWA) verilən maliyyə dəstəyinin 97 milyon avroya çatdığı və beləliklə, Aİ-nin 2022-ci ildə Fələstin xalqına göstərdiyi yardımın ümumilikdə 296 milyon avroya çatdığı vurğulanıb.
Abbasdan Aİ-yə təşəkkürlər
Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, Fələstin prezidenti Mahmud Abbas Fələstin xalqına verdiyi dəstəyə görə Aİ-yə təşəkkür edib.
Fələstin son illərdə ərəb və beynəlxalq yardımların azalması, həmçinin İsrailin Fələstin hökuməti adından topladığı vergilərdən ayırmaları səbəbindən maliyyə problemləri yaşayır.
İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında 1994-cü ildə imzalanan Paris İqtisadi Protokoluna uyğun olaraq, İsrail rəhbərliyi nəzarətindəki sərhəd qapılarından topladığı illik 2 milyard dolları Fələstin xəzinəsinə köçürür.
Yeganə