"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Ağrıların ət maşını

27 Aprel 2015 - 14:44
in KÖŞƏ YAZILARI
FacebookVatsap

images-cms-image-000007919EMİN

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

 

Əsrlər bir-birini əvəz edir, yeni cərəyanlar yaranır, müharibələr başlayır və bu hadisələr öz təsirini sənət sahələrinə, xüsusən də ədəbiyyata göstərmədən keçmir. Bu müharibələrin və zamanın ağrıları ədəbiyyata bəzən elə təsir göstərir ki, bir ölkə ədəbiyyatının məhv olması digər ölkə ədəbiyyatının inkişafa doğru irəliləməsinə gətirib çıxarır. Bəzən isə bunlar hətta vaxtilə əks cəbhələrdə vuruşmuş dövlətlər olurlar. Mövzusunu açacağım ölkələr isə Almaniya və Rusiyadır. 20-21-ci əsrlər arasında hər iki ölkə ədəbiyyatının necə dəyişikliyə uğradığı isə göz önündədir.
Almaniya və Rusiya. Birinci və İkinci Dünya Müharibələrində hər iki ölkə bir-birilərinə qarşı cəbhələrdə yer almışdılar. Bu iki müharibəyə dünyanın ən güclü dövlətləri qoşulmuşdu. Birinci Dünya Müharibəsində Rusiya, Fransa və İngiltərə ilə birlikdə “Antanta” birliyində, Almaniya isə Avstriya-Macarıstanla birlikdə “Üçlər ittifaqı”ında vuruşurdu. İkinci Dünya Müharibəsində də əks cəbhələrdə vuruşan bu iki dövlət arasından Rusiya hər iki müharibədə qalib, Almaniya isə məğlub tərəf kimi ayrılmışdı.
Müharibədən sonrakı illərdə Rusiya, (yəni o vaxt SSRİ-nin tərkibindəki Rusiya) çox itki versə də, böyük həvəs və ümidlərlə yaşayırdı. Bu həyat tərzi onların filmlərinə və ədəbiyyatına da təsir etmişdi. Misal olaraq onu deyə bilərəm ki, hazırki dövrə qədər Rusiyada müharibədən qələbə ruhlu filmlər çəkilir. Amma Almaniya və bir neçə qərb ölkəsi isə məğlub tərəf olduğundan həmin dövlətlər dağınıq və qarışıq bir ölkə kimi yaddaşlarda qalmışdı. Bu ölkələrdə insanların yaşayış tərzi həyat fəlsəfələri neqativ notlar və pessimizmlə yüklənmişdi. Lakin ədəbiyyat və sənətin inkişafı bu ölkələrdə əksinə olaraq inkişafa başladı. 20-ci əsrdən sonra dünya fəlsəfəsinə yeni cərəyan və fikirlər gəldi.
Bunlardan biri ekzistensializm fəlsəfəsi idi. Eksiztensializm birbaşa olaraq pessimist düşüncələrlə bağlı idi və insan həyatının tarixi fəlakətlər və dağınıqlıq qarşısında yaşamını əks etdirirdi. Avropa, xüsusilə də, Alman ədəbiyyatı bu dağınıqlıqdan istifadə etməyi bacardı. 20-ci əsrdə burada Erix Mariya Remark, Henrix Böll, Günter Qrass, Tomas Mann, Herman Hesse və s. kimi yazıçılar yaşadı və dünya ədəbi mühitini öz əsərləri ilə necə deyərlər “silkələdilər”.
Bundan əlavə, bu illərdə Avropada “Absurd teatr” deyilən deyim də yaranmışdı. Bu anlayış gözümüzün öyrəşdiyi klassik pyeslərdən fərqli olaraq sujetdəki ardıcıllığın inkar edilməsi və qarışıq xətti ilə davam edirdi. Cəmiyyətin II Dünya müharibəsindən sonra düşdüyü boşluqda, boş cəhdlərin, nəyinsə yaxşıya doğru dəyişəcəyini gözləmələrin nəticəsindən doğan mühitdə yarandı. İnsanların bir-birilə əlaqələri kəsilmiş, doğmalıq itmiş və süni əlaqələr yaranmışdı. Absurd pyeslərin yaradıcısı isə məşhur rumın dramaturq Ejen İonesko olmuşdur. Həmçinin 1969-cu il ədəbiyyat üzrə Nobel mükafatçısı Samuel Bekket də bu növ pyeslərin yazarı olmuşdur.
İndi isə Rusiyanın keçdiyi yola nəzər salaq.
Rusiya ədəbiyyatının kökləri 11-ci əsrdən bu yana davam edir. Dünya ədəbiyyatına çıxışı 17-18-ci əsrdən sonra başlanan rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən həmin dövrdə yaşamış sentimental cərəyanın nümayəndəsi Karamzin idi. Daha sonrakı illərdə romantizm dövrünün təmsilçilərindən Puşkin və realist dövrün nümayəndələrindən Çexov, Qoqol, Dostoyevski, Tolstoy və digər yazıçı və şairlər rus ədəbiyyatını dünyaya tanıtmışdılar. Lakin yuxarıda qeyd etdiyim kimi, 20-ci əsr başladıqdan sonra bu ədəbiyyat bir növ öz süqut dövrünü yaşayır. Bu dövrdə Rusiya ədəbiyyatından çox az yazarın adını çəkmək olar ki, öz əsərləri ilə sələflərinin uğurlu yolunu davam etdirsinlər. Məsələn, bunlardan Bulqakov, Nabokov, İvan Bunin, Şoloxov və s. adını çəkmək olar. Bundan əlavə, Alman ədəbiyyatında 1900-cü illərdə 13 ədəbiyyatçı “Ədəbiyyat üzrə Nobel mükafatı”na layiq görülmüşdüsə də, Rusiyada bu rəqəm 5 idi. Müharibədə Almaniyanın məğlub olmasına baxmayaraq, müharibənin dəhşətlərini mükəmməlliklə əks etdirən yazıçılar qərblilər olmuşdular.
Bütün bu baş verən hadisələr, bu dəhşətlərin ədəbiyyata göstərdiyi təsir bir “ət maşınına” bənzəyirdi. Ağrılar bu maşının içinə düşür, yazıçılar isə bu hadisələri əzirdilər və gələcəkdə dünya klassikasına çevriləcək əsərlər çıxarırdılar.
Təbii ki, buradan bu nəticəyə gəlmək olardı : “Sənət pafoslu qələbə əsərlərini yox, insanların acısını, müharibələrin iyrəncliklərini görməyi sevir”.

Previous Post

Ağrıların ət maşını

Next Post

“Razi Nurullayevin Milli Şurada qalması mümkünsüz idi”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

“Razi Nurullayevin Milli Şurada qalması mümkünsüz idi”

Azərbaycanlı zabit ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif olundu

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.