Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.
Ağdam Rayon Prokurorluğundan Elchi.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Şəkidə ağır qəza: ölən var
Şəkidə noyabrın 7-də saat 11 radələrində Arif Səlimov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub....





















Son şərhlər