Bank daxili əməliyyat sistemini (T24) yeniləyərək sistemin yeni proqram versiyasını tətbiq edib.
Bank mütəxəssisləri “T24” proqramını daha proqressiv və innovativ etmək məqsədi ilə ötən ilin sentyabr ayından bu günə qədər yeni versiya üzərində çalışaraq uğurlu nəticələrə nail olublar. Belə ki, bu gün AGBank proqramın yenilənmiş “Reliz 15” versiyasını istifadəyə verib. Üstün imkanlar və funksiyalar təklif edən yenilənmiş versiya gələcəkdə aparılacaq əməliyyatların daha təkmil səviyyədə həyata keçirilməsinə xidmət edəcəkdir. Proqramın ərsəyə gəlməsində 33 mütəxəssisdən ibarət komanda əmək verib.
Onu da qeyd edək ki, bütün MDB və Baltikyanı ölkələr arasında bu yeni versiya ilk dəfə Azərbaycanda, AGBank-da tətbiq olunub.
AGBank