"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ağ Evdən ermənilərə pis müjdə – Qarabağa “Krım təhlükəsi” sovuşdu!

16 Fevral 2017 - 09:42
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SİYASƏT
FacebookVatsap

Vaşinqtondan Kreml və satellitini rahatsız edən mövqe; Trampın Ukrayna məsələsində mövqeyi qətiləşdi: “Rusiya yarımadanı sahibinə qaytarmalıdır”; ABŞ Moskvanın Güney Qafqazda da şəriksiz hegemonluğunu qəbul etməyəcək – Amerikanın regional siyasətində mühüm gəlişmə… 

Bunu da oxuyun

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

ABŞ-Rusiya münasibətləri hələ ki qeyri-müəyyənlik dönəmindədir. Bu da əsasən yeni prezident Donald Tramp və komandasının Kremlə münasibətdə izlədiyi siyasətin əsas konturlarının tam bəlli olmamasından qaynaqlanır. Bununla belə, Ağ Evin Rusiya ilə bağlı siyasət kursunda bır sıra mühüm gəlişmələr də baş verməkdədir – hansı gəlişmələr ki, Azərbaycan üçün də az önəm kəsb eləmir.
Söhbət öncəliklə Moskvaya qarşı ABŞ sanksiyalarının aqibətindən gedir. Artıq bəlli olub ki, sanksiyalar götürülməyəcək. Bunu Ağ Evin mətbuat katibi Sin Spayser jurnalistlərlə görüşündə deyib. “Birləşmiş Ştatların Rusiya Federasiyası əleyhinə sanksiyalar strategiyası dəyişməz qalır. Sanksiyalar toxunulmaz qalacaq”, – deyə Ağ Ev sözçüsü qeyd edib.
Mətbuat katibi bu mövqenin Rusiyanın Krımı ilhaq eləməsi ilə birbaşa bağlı olduğunu da gizlətməyib: “ABŞ prezidenti Krımın Ukraynaya qaytarılmasını və Rusiyanın Donbasda gərginliyin azaldılması üçün tədbir görəcəyini gözləyir. Donald Tramp açıq şəkildə bildirdi ki, Rusiya hökumətindən Krımın qaytarılması ilə bağlı addım atmağı gözləyir. Tramp həmçinin Rusiya ilə dostluq şəraitində yaşamağı arzu edir”.

Image result for Sin Spayser
Ağ Ev sözçüsü Azərbaycan da daxil, postsovet məkanı üçün önəmli sayılacaq bir açıqlama da verib. Deyib ki, “indiki administrasiya prezident Barak Obamanın Krımın işğalını mümkün edən səhvlərini təkrarlamaq fikrində deyil”.
***

Image result for Trump
Yada salaq ki, Tramp özünün seçki kampaniyası dövründə Krımın Rusiya tərəfindən ilhaqını tanıya biləcəyini, Rusiya ilə əlaqələri normallaşdıracağını bəyan eləmişdi. Rəsmi Moskva isə normallaşma üçün ən əvvəl sanksiyaların götürüləcəyini gözləyir və buna ümid edirdi. Ancaq göründüyü kimi, normallaşma tezliklə baş tutmayacaq, çünki sanksiyalara səbəb olmuş Krimin ilhaqı məsələsində D.Tramp administrasiyası mövqeyini artıq qətiləşdirib: yarımada Ukraynaya qaytarılmalıdır.
Bu isə Rusiyanın indiki rəhbərliyi üçün gözlənilməz olmaqla yanaşı, qeyri-mümkün görünür. Konkret olaraq, prezident Vladimir Putindən ötrü bu, siyasi intihar demək olardı. Təsadüfi deyil ki, Ağ Evin məlum açıqlamasına Moskvadan cavab özünü çox gözlətməyib. Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov deyib ki, “Krım Rusiya ilə ABŞ arasında sövdələşmə predmeti ola bilməz”.
O, Krımın geri qaytarılmasının mümkün olmayacağını bildirib. “Krım Rusiyanındır və o heç vaxt sövdələşmə predmeti ola bilməz. Amerikanın Krımı geri qaytarmaq tələbi bizim ABŞ-dan Alyaskanı istəməyimizə bənzərdi. Hər ikisini icra etmək mümkünsüzdür”, – deyə Rusiya rəsmisi qeyd edib.

Image result for Ukraina USA
***
Əlbəttə ki, Krım və Alyaska məsələlərini eyniləşdirmək yanlışlıq olardı. Çünki birinci halda söhbət işğaldan, ikinci halda isə Rusiya ilə ABŞ arasında legitim anlaşmadan gedir. Bizi isə təbii ki, daha çox Azərbaycan və Dağlıq Qarabağın taleyi maraqlandırır. Məsələ ondadır ki, Ağ Evin Krımla bağlı son mövqeyinin Qarabağ məsələsinə bilavasitə dəxli var. Nədən ki, Dağlıq Qarabağ da işğala məruz qalıb və zorla ilhaq edilib – bu halda işğalçı Ermənistan olsa da.

Image result for Krim Ukraina
Sual ortaya çıxır, bəs Qarabağ necə, Azərbaycana qaytarılacaqmı, Vaşinqtondan bu məsələdə də prinsipial yanaşma gözləmək olarmı? Hələlik suala konkret cavab olmasa da, Trampın Krım məsələsində ortaya qoyduğu qətiyyət erməni tərəfinin kefinə soğan doğraya bilər. Çünki belə qənaət hasil olur ki, Tramp administrasiyası dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsinə laqeyd qalmaq, Moskva ilə bu kimi həssas məsələlərdə siyasi bazarlıq etmək fikrində deyil.
Belə bir presedent olmayacaq – nə Krım, nə də Qarabağ məsələsində. Əksinə, Vaşinqton Moskvanın “Yaxın xaric”ə yönəlik işğalçılıq siyasətinə qarşı daha barışmaz olacağının faktiki, anonsunu verib. Bu xüsusda Ağ Evin mətbuat katibinin söylədiyi “indiki administrasiya prezident Obamanın Krımın işğalını mümkün edən səhvlərini təkrarlamaq fikrində deyil” fikrinin altını iki dəfə cızmaq lazım gəlir.

Image result for Qarabağ
***
Beləliklə, Qarabağa “Krım təhlükəsi”nin sovuşduğunu söyləmək olar. Sanksiyaların saxlanmasını da ciciyə alsaq, bu, həmçinin o anlama gəlir ki, Vaşinqton Güney Qafqaz bölgəsində də Kremlin təkbaşına hərəkət eləməsini, onun regionda şəriksiz hegemonluğunu qəbul etməyə hazırlaşmır.

manshet kollaj 16 fevral.jpg (764 KB)
Nəzərə alsaq ki, D.Trampın ABŞ-ın erməni lobbisi ilə yaxın əlaqələri yoxdur, əksinə, Azərbaycana biznes dairələri hesabına bizə “bir köynək” yaxındır, yeni dövlət katibi Reks Tillerson da keçmiş “neft bosları”ndan biridir, o zaman Qarabağ məsələsində rəsmi Bakının təbliğat və manevr imkanlarının arta biləcəyini proqnoz eləmək mümkündür – yetər ki, bu imkanlar vaxtında və lazımınca qiymətləndirilsin və istifadə olunsun.

Previous Post

Ağ Evdən ermənilərə pis müjdə – Qarabağa “Krım təhlükəsi” sovuşdu!

Next Post

İran parlamentində deputatımızdan ŞOK ADDIM

Bənzər yazılar

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litva səfiri Kestutis Vaşkeleviçusla görüşüb. Elchi.az xəbər verir ki, bu barədə litvalı...

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

17 Avqust 2026 - 17:39

ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin davam etdiyi Hörmüz boğazında daha bir ölkəni təhdid etdi. Tramp, fəaliyyətlərinin qarşısının alınacağı təqdirdə...

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

17 Avqust 2026 - 17:16

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında İranda bəzi millətçi qrupların Xəzər dənizinin adının dəyişdirilməsi ilə...

Next Post

İran parlamentində deputatımızdan ŞOK ADDIM

İran parlamentində deputatımızdan ŞOK ADDIM

Son xəbərlər

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

18 Avqust 2026 - 09:24
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş yenidən ucuzlaşır

18 Avqust 2026 - 09:12
Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.