Ağ Evdən Türkiyəyə F-16 qırıcıları ilə bağlı jest

51

Ağ Ev F-16 təyyarələrinin Türkiyəyə satışı üçün Konqresdən icazə almağı hədəfləyir.

Elchi.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb.

Nəşr qeyd edir ki, söhbət 40 yeni qırıcının, eləcə də artıq Türkiyədə istismarda olan bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün komplektlərinin satışından gedir. Bundan əlavə, ABŞ Türkiyəyə 900 “hava-hava” raketi və 800 aviabomba satmağı hədəfləyir.