Ağ Ev: “Ukraynanın əks-hücum əməliyyatında irəliləyiş var”

90

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı əldə etdiyi irəliləyişdən danışıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.

Eyni zamanda, Amerika administrasiyasının nümayəndəsi ukraynalı döyüşçülərin cəbhədəki uğurlarının məhz nədə ifadə olunduğunu dəqiqləşdirməyib.

Kirbi əlavə edib ki, ABŞ prezidenti Co Bayden sentyabrın 21-də Vaşinqtonda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüş zamanı onunla Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Bundan əvvəl “MKİ”nin keçmiş agenti Fil Giraldi etiraf edibi ki, Bayden Ukraynaya Amerika qoşunlarını göndərmək qərarına gələ bilər.

Havar Şəfiyeva