Ağ Ev İsveçin NATO-ya daxil olma tarixini təsdiqləyib

Ağ Ev İsveçin martın 7-də rəsmi olaraq Şimali Atlantika Alyansına üzv olacağını təsdiqləyib. Elchi.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir. ABŞ prezidenti Co Baydenin administrasiyasının bəyanatında deyilir : "İsveç 2024-cü il martın 7-də rəsmi olaraq NATO alyansına qoşularaq onun 32-ci müttəfiqi olur". Martın 6-da Baş nazir Ulf Kristersson və xarici işlər naziri Tobias Billström Vaşinqtona səfər ediblər. “Dagens Nyheter” nəşri bunun yaxın günlərdə ABŞ-ın İsveçin NATO-ya rəsmi üzvlüyünü elan edəcəyinə işarə ola biləcəyini vurğulayıb. Nuranə Məmmədova