Rəsmi Vaşinqton amerikalı jurnalist Ceyms Folinin İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsi görüntülərinin
montaj olmadığını açıqlayıb. APA TV-nin məlumatına görə, Ağ Evin təmsilçisi Ketlin Hayden bildirib ki, ABŞ təhlükəsizlik qüvvələri Ceyms Foli və Steven Sotlofun əks olunduğu videonu araşdırıblar. Araşdırma nəticəsində görüntülərin montaj olmadığı müəyyənləşib. Haydenin sözlərinə görə, araşdırmalar davam edəcək və nəticələrə uyğun addımlar atılacaq. Qeyd edək ki, reportajlar hazırlamaq üçün Suriyanın qaynar bölgələrinə gedən jurnalist Ceyms Foli iki il əvvəl yoxa çıxıb. Dünən isə İŞİD jurnalistin başının kəsilməsinə dair görüntülər yayımlayıb. Başı kəsilməzdən əvvəl Ceyms Foli baş verənlərə görə ABŞ prezidenti Barak Obamanı ittiham edib.
Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək
“Tramp marşrutu”nun iki giriş və iki çıxışının Azərbaycanda olmamasından başqa variant yoxdur. “Tramp marşrutu” Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitir,...



















Son şərhlər