Ağ Ev ABŞ lideri Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu elan edərək, Moskvanın danışıqlara ciddi iradə nümayiş etdirməli olduğunu göstərib.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin Kremlin rəsmi Teleqram kanalında yaydığı bəyanatda deyilir: “Rusiya danışıqlara ciddi istək göstərərsə, Bayden Putinlə görüşməyə hazırdır”.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də Moskvanın danışıqlara ciddi iradə göstərəcəyi təqdirdə Amerika liderinin Rusiya prezidenti ilə görüşəcəyini bildirmişdi.
Kirbi qeyd edib ki, əvvəllər Ağ Ev rəhbərinin özü də Fransa prezidenti Emanuel Makronla görüşdə deyib ki, “əgər Putin ciddi hazırlıq nümayiş etdirsə, o zaman onunla görüşə mütləq hazır olacaq”.
Ağ Evin sözçüsü başqa şərtə də işarə edib. Söhbət Kiyev və Vaşinqtonun müttəfiqləri ilə məsləhətləşmələr aparmaqdan gedir.
Şayəstə