” “Abrams”ın Ukraynaya çatdırılması bir neçə ay çəkəcək”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Alman “Leopard” tanklarının Ukraynaya daha sürətli çatacağını bildirib.
” “Leopard” tankları, yəqin ki, nisbətən qısa müddətdə Almaniyadan və Avropa müttəfiqlərindən Ukraynaya gedəcək, bəlkə də, yaz və yay aylarında onlara (Ukrayna qoşunlarına – red.) çatacaq”,-deyə Kirbi bildirib.
Bundan əvvəl Almaniya, Böyük Britaniya və ABŞ öz tanklarını Ukraynaya göndərmək barədə razılığa gəliblər. Almaniya “Leopard 2″dən iki tank batalyonu yaratmaq niyyətindədir, Böyük Britaniya martın sonuna qədər “Challenger” maşınlarını Kiyev rejiminə təhvil verəcək. Vaşinqton “31 M1 Abrams” tankını Kiyevə təhvil verəcəyini və onlarla işləmək üçün Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcəyini vəd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 26-da bildirib ki, Ukraynaya yeni silahların verilməsi Qərblə Rusiya arasında qarşıdurmanı yeni səviyyəyə qaldırır. O, vurğulayıb ki, bundan sonra NATO-nu artıq münaqişədə iştirak etməyən tərəf adlandırmaq olmaz.
Yeganə