Afrikanın qabaqcıl iş adamlarının bir araya gələcəyi və qitədəki iqtisadi transformasiyanın müzakirə ediləcəyi Afrika CEO Forumu Fil Dişi Sahilinin paytaxtı Abidjanda başlayıb.
Elchi.az xəbər verir ki, iki gün davam edəcək forumun açılış nitqlərini “Jeune Afrique Media Group”-un Baş İcraçı Direktoru (CEO) Amir Ben Yahmed, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) prezidenti Makhtar Diop və Fil Dişi Sahilinin Baş naziri Patrik Açi edib.
Foruma 2000-ə yaxın iştirakçının gəldiyini deyən Yəhməd bildirib ki, onların əsas məqsədi Afrikanın iqtisadi müstəqilliyinə necə nail olacağını müzakirə etməkdir.
Hazırda Afrikada həcmi 1 milyard dollar olan cəmi 300 şirkətin olduğunu qeyd edən Yəhməd, özəl sektorun böyüməsi ilə qitənin dünya səviyyəli oyunçu ola biləcəyini xatırladıb.
Almaniya və Hindistan kimi bəzi ölkələrin şirkətləri sayəsində beynəlxalq arenada iqtisadi güc olduğunu qiymətləndirən Yəhməd, qlobal bir aktyor olmaq üçün süni intellekt və texnologiya sərmayələrinin böyük əhəmiyyət daşıdığını xatırladıb.
– “Yaşıl inqilab etməyən yeganə qitə”
BMK prezidenti Diop enerji böhranı və iqlim dəyişikliyinin kontinental iqtisadiyyata mənfi təsir göstərdiyini və problemlərin aradan qaldırılması üçün siyasi əzmkarlığın nümayiş etdirilməli olduğunu bildirib.
Xüsusilə kənd təsərrüfatı sahəsində atılması lazım olan bir çox addımın olduğunu qeyd edən Diop, Afrikanın “yaşıl inqilab etməmiş tək qitə” olduğunu vurğulayıb.
Nuranə Məmmədova