Seneqal prezidenti Macky Sal Afrika liderlərinin xahişini Rusiya prezidenti Vladimir Putinə çatdırıb. Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
“Rusiya-Afrika sammitindən əvvəl o humanitar baxımdan irəliləmək istəyini nümayiş etdirmək üçün müəyyən addımlar atmalıdır”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, əsirlərin dəyişdirilməsi və uşaqların Ukraynaya qaytarılması çox yaxşı olardı.
Bundan əvvəl Kreml Ukrayna ilə sülh danışıqlarının mümkünlüyünü şərh edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Kiyevlə danışıqlara qapını bağlamır.
Havar Şəfiyeva