"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib – FOTOLAR

29 Sentyabr 2014 - 14:44
in MANŞET
FacebookVatsap

9115Afinadakı “Akropol” muzeyində reallaşan tədbirə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Yunanıstan parlamentinin sədri, baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıb. Mərasimin aparıcısı Aleksis Kostalas “Bakı-2015” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı salamlayıb, 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirib. Sonra ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirilib. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapıb. Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib.

Bunu da oxuyun

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

Mehriban Əliyeva çıxışında Yunanıstan və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləri olduğunu deyib: “Bizim millətlər həmişə bir-birinə qarşı xüsusi simpatiya və isti münasibət bəsləyiblər. Çox şadam ki, ötən bir neçə il ərzində ölkələrimiz arasında 9114münasibətlərdə bir çox sahələrdə, o cümlədən, siyasi, mədəni, iqtisadi və elmi sahələrdə ciddi tərəqqi müşahidə olunub. Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli əlaqələrimizin bir çox sahələrdə, xüsusilə ticarət və investisiya sahələrində inkişafı üçün əlverişli şərait yaradır. Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamasına və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən on ildə ölkəmizin ümum daxili məhsulu üç dəfə artmışdı və bu gün bütün Cənubi Qafqaz regionunun ümum daxili məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür. Energetika sektorunda əməkdaşlığımız yeni müstəviyə yüksəldilib. Bu yaxınlarda “Cənub” Qaz Dəhlizi layihəsinə start verməklə Azərbaycan Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini vermişdi. Bu strateji layihənin həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə gücləndirilməsinə xidmət edəcək və Yunanıstan ərazisindən Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa İttifaqı ölkəsi olacaq”.

9116M. Əliyeva qeyd edib ki, Olimpiya hərəkatı Yunanıstanda, Afinada başlansa, bərpa olunsa da, Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməyib: “Biz fəxr edirik ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün tarixi fürsət verilib. 17 gün ərzində davam edəcək oyunlarda 6000-dən çox idmançı 20 idman növündə rəqabət aparacaq. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə qarşılanıb. Bu tarixi qərara görə bu gün Yunanıstan Olimpiya Komitəsinin prezidenti və “Bakı 2015” Əlaqələndirmə Komissiyasının sədri cənab Spirius Kapralosun simasında təmsil olunmuş Avropa Olimpiya Komitəsinə təşəkkürümü bildirmək istəyirəm”.

9117Azərbaycanın birinci xanımı daha sonra deyib ki, ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya kompleksi tikilmişdi və bu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açıb: “Azərbaycan ilk Avropa oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. “Bakı-2015” Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaq. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq və mən həqiqətən də inanıram ki, Bakıda keçirilən oyunlarda olimpiya oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaq”.

9118Sonra çıxış edən Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirib. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğuladı və Yunanıstanın dəstəyini ifadə edib. Yunanıstan Mədəniyyət nazirinin müavini Angela Gerekoi bildirdi ki, Avropa “Bakı-2015”i səbirsizliklə gözləyir.

Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək verdiyini deyən Spirios Kapralos onu da vurğulayı ki, bütün Avropa kimi Yunanıstan da bu oyunları həvəslə gözləyir.

Yunanıstanın Kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali ilk Avropa Oyunlarının yeni dostlar, yeni tanışlıqlar üçün əla fürsət olacağını deyib, bu idman tədbirində olimpiya və qeyri-olimpiya oyunlarının bir arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə çatdırıb. Çıxışlardan sonra Azərbaycan incəsənət ustaları – cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev Azərbaycan milli musiqilərindən ibarət maraqlı konsert proqramı təqdim ediblər. (Azərtac)

Previous Post

Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib – FOTOLAR

Next Post

Bakı metrosunun yeni loqosu plagiat çıxdı?

Bənzər yazılar

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

05 Avqust 2026 - 11:34

ABŞ-da siklosporiya epidemiyası yayılmağa davam edir. Miçiqanda yoluxanların sayı 11.000-i keçib və epidemiya ilə bağlı ilk ölüm halları qeydə alınıb....

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

05 Avqust 2026 - 10:55

ABŞ prezidenti Donald Tramp İranla davam edən təmaslarla bağlı açıqlamalar verib. Tehran administrasiyası ilə danışıqların müsbət şəkildə irəlilədiyini bildirən Tramp,...

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici...

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib

04 Avqust 2026 - 16:46

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladı qəbul edib və qurumun Rusiyaya qarşı yeni əməliyyatlarını razılaşdırıb. Elchi.az...

Next Post

Bakı metrosunun yeni loqosu plagiat çıxdı?

İŞİD Bağdad istiqamətində hücuma keçib

Son xəbərlər

Sabahın havası açıqlanıb

Sabah 39 dərəcə isti olacaq

05 Avqust 2026 - 12:25
Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

05 Avqust 2026 - 12:20
“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

05 Avqust 2026 - 12:11
İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan

İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan

05 Avqust 2026 - 12:00
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

05 Avqust 2026 - 11:51
MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48
Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

05 Avqust 2026 - 11:42
ABŞ-da yeni epidemiya xəbərdarlığı!

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

05 Avqust 2026 - 11:34
Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

05 Avqust 2026 - 11:27
Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

05 Avqust 2026 - 11:16
SpaceX raketi Aya düşəcək

SpaceX raketi Aya düşəcək

05 Avqust 2026 - 11:08
Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

05 Avqust 2026 - 10:55
Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

05 Avqust 2026 - 10:47
FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

05 Avqust 2026 - 10:39
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Bu il 41 mindən çox uşağa görə birdəfəlik müavinət ödənilib

05 Avqust 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.