"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

AFFA-nın sabiq prezidentindən şok açıqlamalar

01 Noyabr 2014 - 09:46
in İDMAN
FacebookVatsap

Fuad Musayev: “Nə içki içirdilər, nə siqaret çəkirdilər, nə də arvadbazlığa gedirdilər”; “Zauru, 1626Fərruxu məhv elədilər, Rəşada “vəhhabi” adı qoşdular”

Bunu da oxuyun

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

“İndi də deyirlər Fuad Musayev gedəndən sonra hər şey batdı”. Bunu Bakı şəhərinin keçmiş I katibi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyalarının (AFFA) ilk prezidenti Fuad Musayev Lent.az-a müsahibəsində deyib.

Vaxtilə Azərbaycan futbolunun yeganə problemi kimi təqdim olunan Fuad Musayev artıq 11 ildir ki, AFFA prezidenti deyil. Artıq Foqts da çıxıb gedib. Bəs, hazırki situasiy nə deməyə əsas verir? Jurnalistin mövzu ilə bağlı suallarını cavablandıran keçmiş AFFA prezidenti kifayət qədər açıq danışıb: “Qoy, AFFA son 11 ildə yetişdirdiyi futbolçulardan heç olmasa birinin adını çəksin? ”Qarabağ”ın heyətində bizim uşaqlardı. Biz, keçmiş AFFA rəhbərliyi 1995-ci ildən 2003-cü ilə qədər üç dəfə yığmanın heyətini dəyişdik. 2003-cü ildən bu tərəfə yığmanın heyəti neçə dəfə dəyişib? Almaniyadan, nə bilim ordan-burdan futbolçu gətirib, familiyasını dəyişib yığmada oynatmaqla nə dəyişdi? Əfran kimi futbolçunu yığmaya çağırmırlar. Niyə?”
F.Musayev səhhəti pisləşən Aftandil Hacıyevə yardım etdiyini də xatırladıb: “Hər ay yüz dolar pul yollayırdım ona.
18 nəfər futbolçu ilə təlim-məşq toplanışına gedəndə İcraiyyə Komitəsində şəxsən özüm deyirdim ki, 19-cu futbolçu Aftandil olacaq. Aftandilin perspektivini görürdüm. Səbuhi və Rəşad Sadiqov qardaşlarını da ”Şəfa”da saxlamışdım. Atası deyirdi ki, buraxın getsinlər “Neftçi”yə. Deyirdim ki, olmaz. “Şəfa”da maaş verilmirdi axı. Ataları da buna görə “Neftçi”də oynamaqlarını istəyirdi. Amma “Şəfa”da onları yaxşı geyindirirdim, yedizdirirdim. Elvin Məmmədovu Tovuzdan “Şəfa”ya gətirmişdik. Əfran kimi, Elvin kimi futbolçular batıb gedir. Niyə batırlar? Bütün bunların heç kimin vecinə deyil. Mən hər futbolçu ilə söhbət edirdim. Zaur Tağızadəni, Elçin Rəhmanovu, bir də Ruslan Musayevi Türkiyəyə, “Dardanelspor”a aparmışdım. Ata kimi baxırdım onlara. Bir aydan sonra ağladılar ki, istəmirik”.
F.Musayev deyib ki, futbolumuzda yaranmış xaosdan çıxış yollarını yazıb: “Bütün konsepsiyanı dəyişmək lazımdır. 18-21 yaşında uşaqlardan ibarət iki komanda yaratmaq lazımdır. Onların da başında Vaqif Sadıqov, Şahin Diniyev, Nazim Süleymanov kimi mütəxəssislər dayanmalıdır. Baxın da almanlara. 1998-ci ildə, dünya çempionatında fiaskoya uğradılar. Bundan sonra məşqçiləri, uşaqları seçdilər. İndi də bəhrəsini görürlər. Biz ”Şəfa”nı yaratmışdıq. Mən tez-tez Estoniyaya gedib gəlirdim. Estonlar bizdən nümunə götürdülər. İndi onları bir balaca böyüyən uşaqları İsveçə, Norveçə, İslandiyaya göndərirlər. Baxıram Estoniya yığmasının oyununa, əla oynayırlar. “Gəncə” pis vəziyyətdədi, yenə xaricdən futbolçu gətirir. Mən təklif edirəm ki, gələn ildən 3 komandanı – “Gəncə”, “Turan” və “Şəmkir”i premyer liqaya qaytarsınlar. Onlardan pul almasınlar. Onların qarşısında bir şərt qoyardım ki, bu komandaların heyətində ancaq yerli uşaqlar oynayacaq. Ömür boyu Gəncə, Tovuz Azərbaycana, “Neftçi”yə futbolçu verib. İndi nə oldu?” “Şəmkir” bir Badri, bir də Kulikovla qan eləyirdi. Qalanları hamısı öz uşaqları idi. Oradakı stadionlar batır. Daha sonra, iki-üç mövsüm premyer liqadan heç bir komandanın aşağı diviziona düşməsinə icazə verməzdim. O vaxt SSRİ çempionatında da belə idi. Üç il heç bir klubu çempionatdan aşağı göndərmirdilər. Şərait yaratsınlar, klublarda 18 yaşlı futbolçular oynasın. Eybi yox, qoy oynasınlar. Dörd ilə, beş ilə qırx nəfər futbolçu ordusu olacaq əllərinin altında. Şəxsən mən buna inanıram. Sadaladıqlarımı etmək lazımdır. Zaur Tağızadəni, Fərrux İsmayılovu məhv elədilər. Rəşad Sadıqova “vəhhabi” adı qoşdular”.
F.Musayev bildirib ki, futbolçular onun vaxtında ibadətə başlayıb: “Rəşad Sadıqov, Tərlan Əhmədov, Emin İmaməliyev. Mən buna ancaq sevinirdim. Nə içki içirdilər, nə siqaret çəkirdilər, nə də arvadbazlığa gedirdilər. Bircə oruc tutmağı qadağan etmişdim. Xaricdə hara gedirdiksə, namaz qılmaq, məscidə getmək üçün onlara şərait yaradırdım. Nizam-intizam yüksək səviyyədə idi. Başa düşmürəm, namaz qılmağın nəyi pisdir ki? Ancaq saqqala qadağa qoyardım. Maradona olsan, hə, onda buyurub saxlaya bilərsən. Mən hətta musiqiyə belə fikir verirdim. Sovet vaxtı bir dəfə səhər tezdən ”Neftçi”nin bazasına getmişdim. Gördüm muğamata qulaq asırlar. A bala, səhər-səhər nə muğamat?! Futbolçu yuxudan duranda canlı, oynaq musiqi dinləməlidir”.
Sabiq prezident deyib ki, Foqtsun yığmadan getməyində jurnalistlərin rolu çox böyük oldu: “Mən dəqiq bilirəm ki, AFFA-dakılar Foqtsa aşağı hesabla uduzmağı tapşırmışdılar. Xorvatlara 6:0 məğlubiyyət bunların planlarını pozdu. Hücumçuları topla təmin edəcək normal bir yarımmüdafiəçi yox idi. Hətta Rauf Əliyev də arxaya qaçırdı. Foqts səkkiz nəfər müdafiəçi meydana buraxırdı. Göstərərdilər də Portuqaliya ilə Bakıda 1:1 oynadığımız oyunu Foqtsa. Niyə İtaliyaya Bakıda 0:2 uduzduğumuz oyunu göstərmədilər Foqtsa? İsveçə onların meydanında 3:0 uduzduq, amma ikinci hissədə 4 dəfə ”ştanqa”ya vurduq. O vaxt İsveçin heyətində Larsson, Kennet Anderson oynayırdı. İndi  İtaliya da, İsveç də çox düşüb. Biz belə oynayırdıq.
F.Musayev deyib ki,  Qurban Qurbanov gələcəkdə milliyə baş məşqçi ola bilər: “Bu vəziyyətdə Qurban yığmanın baş məşqçisi olsa, batacaq. Niyə bu uşağı məhv etmək istəyirsiniz? Uşaqları yetişdirmək üçün ən yaxşı məşqçi Vaqif Sadıqovdur. O, Foqtsdan da çox bilir”.
Hazırladı: Cavid TURAN

 

Previous Post

AFFA-nın sabiq prezidentindən şok açıqlamalar

Next Post

Xarkovda Separatçıların  mənzil qərargahı məhv edildi-Özəl

Bənzər yazılar

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatların təqdimetmə...

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00

Qadınların +78 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında yarışa 1/16 final mərhələsindən başlayıb. Elchi.az xəbər...

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00

Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında ilk görüşünə çıxıb. Elchi.az xəbər verir ki,...

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41

PSJ-nin hücumçusu Ferran Torres Fransa çempionatında sentyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Xarkovda Separatçıların  mənzil qərargahı məhv edildi-Özəl

Xarkovda Separatçıların  mənzil qərargahı məhv edildi-Özəl

Son xəbərlər

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.