“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19-30 mart tarixlərində 212 min 574 sərnişin daşıyıb.
Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində 179 min 570 sərnişin Abşeron dairəvi, 33 min 004 sərnişin isə rayonlararası marşrutlar üzrə daşınıb.
Rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 min 963 nəfər daşınıb.
Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8 min 984 sərnişin istifadə edib.
Eyni zamanda, Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1 min 561 nəfər olub.
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub. Elchi.az xəbər verir ki, açılış mərasimində gənclər...





















