ADP-çi gənc Eldar Raşidov polis tərəfindən axtarılır

Azərbaycan Demokrat Partiyasının fəal üzvü olan Eldar Raşidov polis tərəfindən axtarılması barədə redaksiyamıza məlumat daxil olmuşdur.
Belə ki 22 fevral 2013 cü il tarixində Eldar Raşidovun qeydiyatda olduğu Sumqayıt şəhər 1 ci kvartal ev 2a mənzil 68 ünvanına iki polis işçisi gələrək Eldar Raşidovu soruşmuşlar. Eldar Raşidovun evdə olmadığını öyrənən polis əməkdaşları bundan hiddətlənərək onun anası Gülnar Raşidovanı məcburi şəkildə polisə aparmışlar və oğlunun harada olması ilə bağlı onu sorğu sual etmişlər.
Məlumat üçün bildirək ki, Eldar Raşidov ADP-ın fəal üzvüdür və keçirilən bir çox aksiyalarda fəal iştirak etmişdir. Əsasən mətbuatda tənqidi yazıları ilə tanınan Eldar Raşidov bundan öncədə iştirak etdiyi aksiyalara görə dəfələrlə təzyiqlərə məruz qalmış və bir necə dəfə heç bir səbəb olmadan həbs olunmuşdur.
Sonuncu dəfə Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmasından sonra Fəvvarələr meydanında keçirilən aksiyadan öncə aksiyaya çağırış vərəqələri payladığına görə 3 gün səbəbsiz olaraq həbs olunan Eldar Raşidov eyni zamanda 300 AZN məbləğində cərimə olmuşdur.
Redaksiyamıza məlumat verən Eldar bəyin anası Gülnar Raşidova onu da bildirmişdir ki, son vaxtlar onun oğluna naməlum şəxslər tərəfindən təzyiqlər olunur: "Mənim oğluma uzun zamandır ki,siyasi mənsubiyyətinə görə, təzyiqlər həmişə olunur. Lakin sonuncu, 29 dekabr aksiyasından sonra oğlum Eldara qarşı təzyiqlər daha da güclənib. Tanımadığımız şəxslər gizli nömrədən Eldar bəyin telefonuna zəng vuraraq onu hədələyirlər. Eldar bəy neçə dəfə belə şəxslər tərəfindən artıq xəbərdarlıq alıb ki, bir daha aksiyalara qatılmasın. Əks halda onu həbs edəcəklər. Yaşadığımız ünvan isə daima nəzarətdə olub. Təbii ki, Eldar Raşidov və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd həm onların, həm də hakimiyyətin yarıtmaz fəaliyyətindən ciddi şəkildə narazı olan əhalinin gözünü qorxutmaq, insanları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir. Belə şəxslərin isə Azərbaycanda rahat yaşaması artıq problemə çevrilib.
