"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Adil Əliyev: “Mən ”razborka”larla məşğul olmamışam”

24 Oktyabr 2016 - 09:04
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Adil Əliyev: “Mən ”razborka

“Böyük vəzifə tutan, hegemonluq edən məmurların taleyini gördük”

Ötən həftəsonu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin rinqə çıxacağı ilə bağlı xəbər yayıldı. Bu barədə kikboksinq üzrə milli komandanın baş məşqçisi Çingiz Eyvazov deyib ki, veteranlar arasında dünya çempionu olan Adil Əliyev oktyabrın 23-də baş tutacaq dünya çempionatında veteranlar arasında döyüşəcək. 

Elə biz də “Yeni Müsavat” olaraq Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü olan federasiya prezidentini aradıq, idmandan başlayan söhbətimiz məmur özbaşınalığına qədər davam etdi. Adil Əliyev əvvəlcə qarşıdakı yarış barədə xəbərə bəzi düzəlişlər etdi:

– Bizim böyüklərdən ibarət yığma komandamızın əsas idmançıları Azərbaycan kikboksinq üzrə milli komandasının baş məşqçisi Çingiz Eyvazovun rəhbərliyi ilə bu gecə (23 oktyabrda-E.P.) Sloveniyanın Maribor şəhərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün gedirlər. Bizim milli komandanın baş məşqçisi tarixi düzgün demədiyi üçün camaat da gün ərzində zəng edib “sabah döyüş hardadır” soruşur. Deyirəm, ay qardaş, sabah döyüş yoxdur. Biz isə, ikinci heyət olaraq, İtaliyanın Karrara şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəyik. Bu, VTK təşkilatının keçirdiyi çempionat, həm də böyük bir festivaldır. Həmin dünya çempionatında veteranlar arasında da yarışlar keçiriləcək və o yarışa biz də 30 nəfərlik heyətlə qatılacağıq. 25 nəfərlik heyət isə Sloveniyaya gedir. İtaliyadakı yarış 25-30 oktyabr arasında olacaq. İnşallah biz 27-də vuruşacağıq.

– Yəqin federasiya prezidentinin məsuliyyətinin daha çox olduğunu nəzərə alıb yarışlara ciddi hazırlaşırsınız, eləmi? 

– Bəli, ciddi məşqlər gedir. Son zamanlar Kikboksinq Federasiyası çox böyük işlər görməyə başlayıb. Yəni çoxlu sayda klubların fəaliyyət göstərməsi, zalların açılması reallıqdır. Bu idman növünə axın gün-gündən çoxalır. Biz Kikboksinq Federasiyasının qarşısında qoyulan tapşırığı, yəni kütləviliyi təmin etmişik ki, Azərbaycan övladları kütləvi şəkildə bu idman növü ilə məşğul olsun. Bu gün o idmançılar uşaqdır, yeniyetmədir, amma sabah Azərbaycan ordusunun əsgərləridir. Bunlar təbii ki, hamısı Avropa, Dünya çempionu olmaya bilər, amma vuruşmağı bacarmalıdırlar. Ona görə də biz yarışqabağı böyük heyətlə məşqlərə başlamışıq. Normativlər var. Hər gün 2-2.5 saat bədən isitməsi ilə məşğul oluruq. Ondan sonra rinqə çıxış 8-10, 12 raunda qədər döyüşürük.

– İtaliyada siz özünüz hansı çəkidə rinqə çıxacaqsınız?

– Mən 84 kilo olmalıyam ki, döyüşüm.

– İndiki çəkiniz nə qədərdir?

“Bəlkə də Allah onların qəlbini möhürləyib, deməklə düzələn deyillər”

– Hazırda 86 kiloyam. Amma arıqlamaq bir-iki günün işidir, problem deyil. İndi hələ çəkini salmıram, çünki bədən çəkini tez yığır. Amma son bir gündə çəkini salırsan, tərəziyə çıxırsan, daha sonra normal qida qəbul edirsən.

– Rəqibləriniz bəllidirmi?

– Yox. İnşallah qeydiyyatdan keçmə günü bəlli olacaq. Veteranlarda elədir ki, neçə nəfər yığılacaqsa, o qədər də iştirakçı olacaq. Bu yarışda ilk dəfədir iştirak edirəm. Amma deyirlər o qədər böyük zaldır ki, eyni vaxtda 120 tatami qurulur və 120 “para” insan yarışa çıxır. Orada kikboksinqin bütün versiyaları keçirilir. Mən adətən, digər bir təşkilatın yarışına qatılırdım, ancaq indi bunlardan dəvət gəlib və qatılacağam.

– Siz uşaqlıqdan kikboksinqlə məşğul olmusunuz?

– Açığı, mən uşaqlıqda idman təmayüllü internat məktəbində  oxumuşam. Orada idmanın cüdo növü ilə məşğul olmuşam. Sankt-Peterburq şəhərindəki Ali Hərbi Dənizçilik Akademiyasına oxumağa getdiyimdə, orada cüdo növü yox idi. Ona görə məcburiyyətdən əlbəyaxa döyüş növləri ilə məşğul olmağa başladım. Çünki mütləq bir idman növü ilə məşğul olmalıydım. Qayıdandan sonra bu işlə məşğul olmağa başladım. O vaxtdan bu idmanla sırf yaxından məşğul olmurdum, çünki iş imkan vermirdi. Son zamanlar isə vaxtın olmasından istifadə edib, məşqləri bərpa etməyə başladım.

– Heç olubmu ki, bu idman növündən “sui-istifadə” edib kimlərləsə “haqq-hesab” çəkəsiniz? 

– Açığı, belə şeylər olmayıb. Həyatdır, insan hər bir halla rastlaşır. Ancaq mən hüquq mühafizə orqanlarında işləmişəm. Orda da polislə kim “razborka” edəcək? Ona görə də mən “razborka”larla məşğul olmamışam. Ancaq cinayətkarlığa qarşı mübarizədə gücümüzdən istifadə etmişik və belə hallar olub. Ondan sonra siyasi karyera, millət vəkilliyi dövrüdür və bu zaman siyasətçi-psixoloq kimi rəqiblərimizi danışıqla yola vermişik.

– Bəs, nokauta saldığınız rəqibiniz olubmu? 

– Siyasi fəaliyyətimə qədər çox şeylər olub. Ancaq ondan sonra olmayıb.

– Adil bəy, sirr deyilsə, rəhbərlik etdiyiniz federasiya hansı mənbələr hesabına maliyyələşir? 

– Mən federasiyanın nəzdində bəzi dəyişikliklər etdim. Çünki bu federasiya qeyri-olimpiya növü olduğundan dövlət tərəfindən ciddi maliyyə ilə təmin olunmuruq. Ona görə də qurumu sponsorlar və federasiyaya cəlb etdiyimiz iş adamlarının dəstəyi vasitəsilə saxlamağa məcburuq. Artıq iki vitse-prezident bizdən ayrılıb. Onların yerinə yeniləri təyin olunub. Bu şəxslər federasiyanın ayaqda qalmasına, idmançıların yarışlara göndərilməsinə dəstək verirlər. Əgər dövlət, Gənclər və İdman Nazirliyi bizə ildə 20 min manat pul ayırırsa, bu, heç bir yarışa gedib-gəlməyimizə bəs eləmir.

– Deməli, siz də dövlətdən maliyyə dəstəyinin artırılmasını istəyirsiniz…  

– Onsuz da dövlət bizə gücü çatan qədər dəstək verir. Gənclər və İdman Nazirliyindən başqa dövlət qurumu ilə əməkdaşlıq etmirik. Ancaq əgər respublika birinciliyi çempionatı keçiririksə, burada yeniyetmələr, gənclər, böyüklər var, bu 20 minlə mən hansı komandanı yola salım, yeniyetmələri, gəncləri, ya böyükləri? Ona görə də bizə dəstək verən insanları arayıb-axtarırıq, xahiş edirik ki, kömək etsinlər. Biz inandığımız idmançılara həm dövlətdən ayrılan maliyyə hesabına, həm vitse-prezidentlər, həm də özüm tərəfindən köməklik göstəririk. İnanmadıqlarımız da özləri maliyyə tapırlar ki, yarışlara gedib iştirak etsinlər. Çünki yarış görməyən idmançı açılışa bilmir. İdmançı gərək çoxlu yarış, rəqib görsün, vuruşsun. Biz ildə bir respublika çempionatı keçiririk, o bir dənə ilə də iş olmaz. Onun üçün bizə peşəkar kikboksinq yarışlarının keçirilməsi üçün böyük məbləğ lazımdır. Bunlar hamısı xərcdir, ona görə də iş adamlarını, yaxın dostları, qardaşları çağırırıq ki, bizə kömək etsinlər. Çünki bizim idman növümüz bizə lazımdır. Bizə döyüşə bilən gənclər lazımdır. Çünki hər an Qarabağ uğrunda müharibə başlaya bilər.

– Bu idman növü ölkədə nə dərəcədə populyardır?

– Lovğalıq olmasın, kikboksinq idman növü Azərbaycanda qeyri-olimpiya növləri içərisində ən inkişaf etmiş idman növüdür. Bu idman növünə axın var. Uşaqlar 6-7 yaşından məşğul olurlar. Bir ara qeydiyyat apardıq, ümumi 10 minə yaxın Azərbaycan üzrə idmançılarımız var idi. Bizim paytaxtda və bölgələrdə 100-ə yaxın klubumuz fəaliyyət göstərirdi. Sadəcə bəzi hallarda bölgələrdə icra hakimiyyətləri tərəfindən idmançılarımıza ögey münasibət bəsləyirlər ki, “siz qeyri-olimpiya növüsünüz”. Ay qardaş, idmançı idmançıdır da, nə fərqi? Cənab prezident həmişə, hər yerdə deyir ki, mənim üçün olimpiya və qeyri-olimpiya növlü idmanın fərqi yoxdur. Hamısı Azərbaycan bayrağını qaldırır, hamısı bizim himnimizi oxutdurur, hamısı ölkəmizin sağlam gələcək nəslidir.

 

Ona görə bu ayrı-seçkilik salmağa lüzum yoxdur. Ancaq biz son zamanlar Milli Məclisin Gənclər və idman komitəsi ilə birgə çox gözəl, peşəkar yarışlar keçiririk. Sumqayıtda, Göygöldə,  Qazaxda, Ağdamda, Naxçıvanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş böyük tədbirlər keçirmişik. Əvvəllər müxtəlif ölkələrlə dostluq görüşləri təşkil etmişəm, Rusiya, Türkiyə, Avropa ölkələri ilə birgə yarışlarımız olub, Cənubi Afrikaya gedib çıxmışam, Orta Asiyada belə tədbirlər keçirmişəm. Azərbaycanda “Azərbaycan dünyaya qarşı” böyük bir tədbir təşkil etmişdim. Bunların hamısı Azərbaycanın tanıdılması üçündür. Həm də balaca idmançılarımızın canlı korifeyləri – veteran idmançıların görməsi üçündür. Bizim vaxtımızda

Brüs Li, Çak Norris, Van Dammın kinolarına baxıb idmana gəlirdilər. İndi də xaricilərə yox, özümüzünkülərə baxıb, idmana axışanların sayı artır. Biz hər dəfə yarış keçiririk, kikboksinq idman klublarına çoxlu sayda axın olur. Bunları da xüsusi vurğulamalıyıq ki, son zamanlar Azərbaycan idman ölkəsinə çevrilib. Bir çox təşkilatlar ölkəmizdə yarışlar keçirmək istəyir, çünki Azərbaycana etibar edirlər. Azərbaycan təhlükəsizlik baxımından beynəlxalq təşkilatlar üçün çox önəmli partnyordur. İdmana dövlət qayğısının nəticəsidir ki, son zamanlar hamı idmanla məşğul olmaq istəyir.

“Əgər Gənclər və İdman Nazirliyi bizə ildə 20 min manat pul ayırırsa, bu, heç bir yarışa gedib-gəlməyimizə bəs eləmir”

– Bir sıra idman növləri var ki, ora böyük vəsaitlər hesabına legionerlər cəlb olunur. Sizin federasiyada vəziyyət necədir?

– Bizdə belə hal yoxdur, heç vaxt da olmayıb. Ancaq son zamanlar bizdə ağır çəkidə idmançılar olmadığı üçün Cənubi Azərbaycandan, İrandan 100 kq çəkidə  Bəhram Nəcəfzadə bizə qatılıb. O, Türkiyədə yaşayırdı, bizim klubların biri cəlb edib və yığma komandamızın heyətində iştirak edir. O da Avropa Çempionatında Azərbaycanı təmsil edir.

– Adil bəy, yuxarıda da qeyd etdiniz, amma səbəbini açıqlamadınız. Vitse-prezidentlərin federasiyadan uzaqlaşmasına səbəb nə oldu? Onların gedişinə də maliyyə sıxıntıları səbəb oldu?

– Bu il başlayandan biz 10 mötəbər tədbir keçirmişik. Hamısı da çoxlu maliyyə tələb edən tədbirlər idi. Bu insanlar sağ olsunlar, uzun müddət yanımızda oldular, kömək etdilər. Ancaq son tədbirlərə qatılmadılar. Ona görə də məcbur qalıb başqa insanları federasiyamızın rəhbərliyinə dəvət etdik ki, bu sıxıntılardan çıxaq.

– Vitse-prezidentlər həm də maliyyə dəstəyi verirlər, eləmi?

– Təbii ki. Bizim federasiyanın rəhbərliyindəki hər kəs bir idmançını yarışlara yola salarsa, bu, 10-15 idmançı edir. Bu, bizimçün yetərlidir. Respublika birinciliklərinə bir o qədər pul xərclənmir. Ancaq beynəlxalq yarışlara çox pul tələb olunur.

Məsələn, bir idmançının Slobveniyaya gedib-gəlməsi üçün 1200 avro tələb olunur. Onun üçün də hər vitse-prezident bir idmançı yola salarsa, bu, 5 idmançı edir, iki idmançı mən yola salaram, 2-3 idmançını İdarə Heyətinin üzvləri yığışıb yola salarlarsa, 2 idmançıya da nazirlik dəstək verərsə, artıq heyətimiz formalaşar.

– Amma bu gün Azərbaycan insanını narahat edən məsələlər təkcə idmanla bağlı deyil. Yəqin razılaşarsınız, devalvasiya yalnız kikboksinqə təsir göstərməyib…

– Bu, aydın məsələdir. İnkişaf etmiş ölkələrə də təsir edən obyektiv səbəblər var. Dünyada neftin qiymətinin aşağı düşməsi, dünyanın aparıcı qurumlarının iqtisadi cəhətdən çökməsi Azərbaycana da öz təsirini göstərdi. Neftin qiymətinin aşağı düşməsi, ümumiyyətlə, neftə olan tələbatın azalması devalvasiyaya səbəb oldu. Bu səbəbdən banklar, maliyyə qurumları böyük itkilərlə üzləşdilər. Yəni onlar beynəlxalq banklar, sığorta təşkilatları ilə əməkdaşlıq etdikləri üçün problemlərlə üzləşdilər. Təbii ki, bu problemlər də bizim vətəndaşlarımızın başında çatladı. Ancaq hesab edirəm ki, cənab  prezidentin Azərbaycanda iqtisadi böhranın aradan qaldırılması üçün gördüyü işlər yaxın zamanlarda öz töhfəsini verəcək. Banklar, kreditlərlə bağlı vəziyyət isə tək Milli Məclisi yox, bütün hökuməti, dövlət rəsmilərini narahat edir, bu vəziyyətdən çıxış yolları aranır.

– Parlamentin ötən sessiyalarında yerlərdəki vəziyyətlə bağlı tənqidi çıxışlarınız olurdu. Amma bu sessiyada nəsə susursunuz. Hansı ki, son günlər mövcud durumla bağlı hətta həmkarlarınızın da narazılığı eşidilir…

– (gülür) Hələ sessiya yeni başlayıb. Tənqidi fikir varsa, biz mütləq onu dilə gətiririk. Duruma gəldikdə, bu məsələlər aidiyati təşkilatlarda çalışanların vicdanına buraxılıb. Onlar da bu ölkənin vətəndaşlarıdır, əziyyət çəkən insanlar da. Biz böyük vəzifə tutan, hegemonluq edən məmurların taleyini gördük.

Məsuliyyət daşıyan insanlar həmin məmurların aqibəti ilə yaxından tanış olmalıdırlar. Onlar da bir zamanlar öz işlərinə məsuliyyətsiz yanaşırdılar. Hər kəs məsuliyyət daşıyır. Heç kəs deyə bilməz ki, ömrünün axırına qədər yağ-bal içində yaşayacaq. Bir zaman gələr, onların da qapılarını döyərlər, inşallah. Ona görə də gərək hər kəs xalqa vicdanla xidmət etsin, vətəndaşları incitməsin, acgözlük etməsin. O məmurlar götür-qoy etməli, hansı işlə məşğul olduqları barədə özlərinə hesabat verməlidirlər. Bəlkə də Allah onların qəlbini möhürləyib, deməklə onlar düzələn deyil. Əgər onlar işlərinin öhdəsindən gələ bilmirlərsə, bir gün onların da qapıları döyüləcək.

Previous Post

Adil Əliyev: “Mən ”razborka”larla məşğul olmamışam”

Next Post

Bu gün qar yağacaq

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Bu gün qar yağacaq

Gülənin qardaşı uşaqları da tutuldu

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.