Bu gün Moderator.az saytının iki yaşı tamam olur. Moderator.az öz çevikliyinə, müstəqilliyinə və obyektivliyinə görə digərlərindən fərqlənən və sözünü deməyi bacaran tribunaya malik, ciddi kütləvi informasiya vasitələrindən biridir. O, qarışıq dünyamızın informasiya bolluğunda nəinki öz kursunu itirmədi, əksinə, məhsuldar və əhəmiyyətli yaradıcılıq axtarışları ilə yadda qaldı. Qısa müddətdə azsaylı kollektivlə böyük uğurlara imza atan Moderator.az-ı başda saytın rəhbəri Zülfüqar Hüseynzadə olmaqla ürəkdən təbrik edir, onlara Vətənimizin işıqlı gələcəyi naminə gördükləri işlərdə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Ad gününüz mübarək!
Elchi.az