"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Açıq mikrofon” müğənniləri 6 aylıq həbsə aparır -Bu proses bizim ölkədə ilk praktika ola bilər…

03 May 2019 - 14:15
in CƏMİYYƏT
FacebookVatsap

Mayın 1-də Yasamal Rayon Məhkəməsində “Space” televiziyasının efirində işlətdiyi nalayiq ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə R.İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.
Bildirilib ki, R.İlyasovla R.Axundov bugünkü məhkəmə prosesinə də gəlməyiblər.
Daha sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edib. O deyib ki, “Space TV”-də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib: “Buna görə də hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib 6 ay müddətinə azadlıqdan məhrum edilsin”.
Xüsusi ittihamçı R.Sadıqlı da vəkili ilə razı olduğunu söyləyib, müğənnilərin həbs edilməsini istəyib.
Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.
Proses mayın 2-dək təxirə salınıb. “Yeni Müsavat”ın əməkdaşı sonrakı məhkəmə prosesinin nəticəsi barədə hər iki müğənninin rəyini öyrənməyə çalışıb. Lakin müğənnilər bu barədə susmağa üstünlük verib. Belə ki, müğənni Rüfət Axundovun Nemət adlı köməkçisi əməkdaşımıza açıqlamasında bildirib ki, müğənni məhkəmə prosesindən xəbərdardır: “Lakin hələlik bu barədə danışmaq istəmir. Bildiyiniz kimi, Rüfət bəy məhkəmə ilə bağlı özünə vəkil də tutub. Bu işlərlə vəkil məşğul olur”.
Əməkdar artisti Rəşad İlyasov da hələlik bu barədə danışmaq istəmədiyini dedi: “Daha sonra bu haqda məlumat verəcəm”.
Bəs məhkəməyə verilən müğənnilər efirdəki təhqiredici ifadələrinə görə vətəndaşın müraciəti əsasında həbs oluna bilərmi?
Hüquqşünas Əsabəli Mustafayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu barədə hələlik bizim ölkədə praktika yoxdur. Lakin xarici ölkələrdə bu cür məhkəmə prosesləri keçirilir. Əgər vətəndaş hesab edirsə ki, televiziyada edilən təhqir və yaxud söyüş onda psixoloji gərginlik yaradıbsa, mənəvi ziyan alıbsa, ictimai qayda pozuntusu, hörmətsizlik varsa, məhkəməyə müraciət edə bilər. Hər halda, bu, başlanğıc üçün ilk cəhd ola bilər. Sonda məhkəmə vətəndaşa nə dərəcə ziyan dəydiyini qiymətləndirib, qərar verəcək”.
Qeyd edək ki, aprelin 5-də “Space TV”də “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək  R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Dövlət televiziyasının solisti olan Rəşad İlyasova isə 6 ay müddətinə efirə çıxmağa qadağa qoyulub.
Bir müddət sonra isə vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasını tələb edib.

Bunu da oxuyun

“İri Şəhərlərin Su Təchizatı”nın yeni icraçı direktoru kollektivə təqdim edilib

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

Previous Post

“Açıq mikrofon” müğənniləri 6 aylıq həbsə aparır -Bu proses bizim ölkədə ilk praktika ola bilər…

Next Post

Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi – Siyahı

Bənzər yazılar

“İri Şəhərlərin Su Təchizatı”nın yeni icraçı direktoru kollektivə təqdim edilib

“İri Şəhərlərin Su Təchizatı”nın yeni icraçı direktoru kollektivə təqdim edilib

23 Oktyabr 2026 - 16:25

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Arif Mərdanov...

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

23 Oktyabr 2026 - 16:17

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 21-ci məhəlləsində sakinlərlə növbəti səyyar qəbul keçirib. Elchi.az xəbər verir ki, qəbulda...

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

23 Oktyabr 2026 - 14:43

Bakı Metropoliteni QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin ortasına qədər tam istismara verilməsi hədəflənir. Elchi.az xəbər verir ki, bunu Report-a...

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

23 Oktyabr 2026 - 14:07

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Elchi.az xəbər verir...

Next Post
Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi – Siyahı

Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi - Siyahı

Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi – Siyahı

Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi - Siyahı

Son xəbərlər

“Brent” neftinin qiyməti 115 dolları ötdü

“Brent” neftinin qiyməti 115 dolları ötdü

23 Oktyabr 2026 - 16:39
Danimarka Ukraynaya “F-16″lar üçün 50 mindən çox sursatı təcili təhvil verib

Danimarka Ukraynaya “F-16″lar üçün 50 mindən çox sursatı təcili təhvil verib

23 Oktyabr 2026 - 16:32
“İri Şəhərlərin Su Təchizatı”nın yeni icraçı direktoru kollektivə təqdim edilib

“İri Şəhərlərin Su Təchizatı”nın yeni icraçı direktoru kollektivə təqdim edilib

23 Oktyabr 2026 - 16:25
Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

23 Oktyabr 2026 - 16:17
“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində saziş təsdiqlənib

Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində saziş təsdiqlənib

23 Oktyabr 2026 - 16:07
“Özümü yaşlı hesab etmirəm” – Tramp

“Özümü yaşlı hesab etmirəm” – Tramp

23 Oktyabr 2026 - 16:00
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

23 Oktyabr 2026 - 15:42
Zelenski istefaya çağırıldı

Zelenski istefaya çağırıldı

23 Oktyabr 2026 - 15:30
Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

23 Oktyabr 2026 - 15:16
AFFA klub rəhbərinə ağır cəza verdi

AFFA klub rəhbərinə ağır cəza verdi

23 Oktyabr 2026 - 15:08
Aİ Şurasının prezidenti Rusiyaya mesaj verib

Aİ Şurasının prezidenti Rusiyaya mesaj verib

23 Oktyabr 2026 - 15:00
Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

23 Oktyabr 2026 - 14:52
“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

23 Oktyabr 2026 - 14:43
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

23 Oktyabr 2026 - 14:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.