Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Elchi.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayıb. İdmançılarımızın hər biri 1/8 finaldan yarışa start götürüblər.
60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gəlib. İdmançımız rəqibinə 3:7 hesabı ilə məğlub olub.
67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya) qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. O, 1/4 finalda norveçli Havard Yorgenseni 7:1 hesabı ilə üstələyərək yarımfinalda yarışmaq hüququ qazanıb.
72 kq-dakı Ülvü Qənizadə ilk görüşdə ukraynalı Andrey Kuliki 4:1, növbəti mərhələdə bolqarıstanlı Deivid Dimitrovu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Burada o, Selçuk Canla (Türkiyə) üz-üzə gələcək.
82 kq-da titullu pəhləvan Rafiq Hüseynov ilk görüşdə isveçrəli Mark Veberi (İsveçrə) 8:0 üstələyib. 1/4 finalda o, ermənistanlı Samvel Qriqoryanın kürəyini yerə vurub (3:2) və yarımfinala adlayıb. Rafiq finala yüksəlmək üçün Burhan Akbudakla (Türkiyə) güləşəcək.
97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovla üz-üzə gəlib. O, rəqibinə 1:2 hesabı ilə uduzub.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıların qəbul etməsinə dair video paylaşılıb. Elchi.az paylaşımı təqdim...





















Son şərhlər