Ukrayna prezidenti Vladimir Zelenskinin uydurduğu nağıllar ölkədə hərbi çevrilişə səbəb ola bilər. Elchi.az xəbər verir ki, bu barədə CIA-nın keçmiş analitiki Raymond McGovern Judging Freedom “YouTube” kanalına müsahibəsində bildirib.
“Hər gün yüzlərlə Ukrayna hərbçisi ölür. Bəs Zelenski nə edir? Nağıllar uydurmağa davam edir “- deyə o bildirib.
Keçmiş MKİ zabiti xatırladıb ki, son vaxtlar Ukrayna prezidenti getdikcə daha çox Qərbin hava hücumundan müdafiə sistemlərindən danışır.
Lakin Makqovern bildirib ki, reallıqda Ukraynanın Rusiyanın zərbələrini dəf etmək imkanı yoxdur. Beləliklə, Zelenski sadəcə olaraq yalan danışır, ukraynalıların loyallığını qazanmağa və Qərbin dəstəyini almağa çalışır.
Bundan əvvəl “New York Times”ın köşə yazarı Endryu Kramer Ukrayna ordusunda əhval-ruhiyyənin aşağı düşdüyünü bildirib.
Havar Şəfiyeva