ABŞ Zelenskini “labirintdəki siçovul” hesab edir

935

Elchi.az xəbər verir ki, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko Sputnik radiosuna açıqlamasında ABŞ-da Ukrayna prezidenti Vladimir Zelenskini “labirintdəki siçovul” hesab edirlər.
“Amerikalılar üçün Zelenski indi daha çox labirintdəki siçovula bənzəyir və onu müəyyən bir çıxışa doğru itələyirlər. Münaqişədən çəkilib Ukraynanı maliyyələşdirməyi planlaşdırırlarsa, nə üçün onlar F-16 qırıcılarının razılaşdırılmış tədarükü barədə danışmalıdırlar?”?” – Bezpalko soruşub.
O, həmçinin əlavə edib ki, ABŞ dövlət borcu problemi və defolt təhlükəsi səbəbindən Kiyevin maliyyələşdirilməsini dayandırır. Amma əgər Vaşinqton həqiqətən də Ukrayna münaqişəsindən çıxmaq istəsəydi, iqtisadi çətinliklərə baxmayaraq, bunu edərdi, Bezpalko hesab edir.

Şayəstə Hüseynova