ABŞ Yeni Kaledoniya sahillərində baş verən güclü zəlzələdən sonra sunami xəbərdarlığı edib

106

Sakit okeanın Yeni Kaledoniya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Elchi.az bu barədə ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir.

Seysmoloqların bildirdiyinə görə, yeraltı təkanların episentri Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərindən 448 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı 37 kilometr dərinlikdə yerləşib. İlkin məlumatlara görə, sunami episentrindən min kilometr aralıda yerləşən sahillərdə mümkündür.

Havar Şəfiyeva