Amerikanın analitik və konsaltinq şirkəti Gallup tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, ABŞ ictimaiyyətinin 55 faizi İsrailin Qəzza zolağına hücumlarını bəyənmir.
Elchi.az xəbər verir ki, “Gallup”un keçirdiyi sorğu nəticəsində məlum olub ki, ABŞ ictimaiyyəti İsrailin Qəzzaya hücumlarını bəyənmir.
İsrailin Qəzza zolağına hücumları 173 gündür ki, davam edir. Gallup tərəfindən aparılan sorğu amerikalıların yarıdan çoxunun İsrailin Qəzza zolağına hücumlarını bəyənmədiyini üzə çıxarıb.
Amerikalılara belə bir sual verildi: “İsrailin Qəzzada hərbi əməliyyatını bəyənirsiniz, yoxsa rədd edirsiniz?” Sualı verən sorğu şirkəti, iştirakçıların 55 faizinin hücumları bəyənmədiyini, 36 faizinin bəyəndiyini, 9 faizinin isə cavab almadığını bildirib.
Keçən ilin noyabrında keçirilən sorğuda iştirakçıların 50 faizi hücumları bəyənmiş, 45 faizi təsdiq etməmiş, 4 faizi isə öz fikrini bildirməmişdir.
Şayəstə Hüseynova