Birləşmiş Ştatlar Avropa paytaxtlarında Ukrayna böhranının nizamlanmasının vacibliyi barədə çox sayda müzakirələr eşidir və bununla razıdır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.
“Mənim burada olmağımın səbəbi odur ki, Macarıstanın baş naziri Viktor Orban əsl siyasətçidir. Biz Avropa paytaxtlarında Rusiya və Ukrayna arasındakı müharibəyə son qoymağın zəruriliyi haqqında çox danışıldığını eşitmişik və biz, şübhəsiz ki, bununla razıyıq”, — deyə o qeyd edib.
Məryəm





















