ABŞ və müttəfiqlərindən Ukraynaya yeni yardım

63

ABŞ və Ukraynaya Dəstək üzrə Təmas Qrupuna daxil olan digər ölkələr assosiasiyanın mövcud olduğu müddətdə Kiyevə 65 milyard dollar hərbi yardım göstərməyi öhdələrinə götürüblər.

Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Austin qrupun iclasında bildirib.

O vurğulayıb ki, gələcəkdə Kiyevə hərbi yardım göstərmək üçün daha çox səy göstərməli, silah istehsal imkanlarını artırmaq üçün yaradıcı yollar axtarmalı olacaqlar. Eyni zamanda, Pentaqonun rəhbəri əmin edib ki, ABŞ və onun tərəfdaşları Ukraynaya yardımı davam etdirməkdə qərarlıdırlar.

Yeganə