ABŞ və Çin rəsmiləri Ukraynanı müzakirə etdi

91

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi sentyabrın 16-17-də Maltada görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, görüş zamanı Ukrayna və Tayvandakı vəziyyət müzakirə edilib. Həmçinin təmasların davam etdirilməsi barədə razılığa gəliblər.