ABŞ və Çin BU MÖVZUDA razılığa gəliblər

33

Sürixdə keçirilən görüşdə ABŞ-ın maliyyə naziri Janet Yellen və Çinin xarici ticarət və beynəlxalq iqtisadi əlaqələrdən məsul baş nazirinin müavini Liu Hi makroiqtisadi və maliyyə məsələləri üzrə kommunikasiyanı daha da yaxşılaşdırmaq barədə razılığa gəliblər.

Elchi.az-ın xarici mediaya istinadən bildirir ki, ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Yellen və Hi İsveçrənin Sürix şəhərində ikitərəfli görüş keçirib.

Tərəflərin makroiqtisadi və maliyyə inkişafları ilə bağlı fikir mübadiləsi apardıqları, Yellen vəzifəyə gəldikdən sonra Hi ilə ilk üzbəüz görüşün”səmimi, konkret və konstruktiv olduğu qeyd edilib.

Hər iki tərəf qlobal iqtisadiyyatın işləməsi üçün makroiqtisadi və maliyyə məsələləri üzrə kommunikasiyanın daha da təkmilləşdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Yellen və Hi davamlı inkişafın əhəmiyyəti, təmiz enerjiyə keçiddə inkişaf etməkdə olan ölkələrə ikitərəfli dəstəyin verilməsinə razılaşıblar.

Yeganə