ABŞ və Çin arasında sürpriz görüş

90

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan həftə sonu iki böyük güc arasında davam edən gərginlik fonunda Maltada Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Elchi.az xəbər verir ki, “Tərəflər arasında səmimi, substantiv və konstruktiv danışıqlar aparılıb”, – Ağ Evin bəyanatında deyilir.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli amerikalı məmur görüşün iki gün ərzində ümumilikdə on iki saat davam etdiyini bildirib və bu tipli və bu səviyyədə sonuncu görüşün ötən may ayında keçirildiyini xatırladıb.
Sullivan Çin naziri ilə görüşündə Bayden administrasiyasında rituala çevrilmiş bu bəyanatı bir daha təkrar edərək bildirib ki, “ABŞ və Çin rəqabətdədir, lakin ABŞ münaqişə və ya qarşıdurma axtarmır”.
Pekindən edilən açıqlamada, “Vanq Yi Tayvan məsələsinin Çin-Amerika münasibətlərində keçməməsi lazım olan ilk qırmızı xətt olduğuna diqqət çəkdi” deyilir.
Amerika rəsmisinin sözlərinə görə, Ağ Evin milli təhlükəsizlik müşaviri ABŞ-ın Çinin öz ərazisinin ayrılmaz hissəsi olduğunu iddia etdiyi Tayvanın müstəqilliyini “dəstəkləməyəcəyini”, lakin o, nə tayvanlılardan, nə də çinlilərdən “status-kvonun birtərəfli dəyişməsini” istəmədiyini təkrarlayıb.

Şayəstə Hüseynova