ABŞ Ukraynaya daha çox sayda raket sistemləri göndərəcək.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib.
O bildirib ki, Amerika tərəfindən əvvəllər elan edilmiş dörd yaylım atəşli reaktiv sistem yalnız ilkin tədarükdür.
“Biz ukraynalıları Ukrayna ərazisində hədəflərini təqib etmək üçün lazım olan hər şeyi təmin edəcəyik”, – Kol deyib.